Dünyanın siyasi XRONİKASI – VİDEO

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla ABŞ-a rəsmi səfərə gəliblər.

Bizim.Media xəbər verir ki, kral ailəsini ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp qarşılayıblar.

Dörd günlük səfər ABŞ-ın müstəqilliyinin 250-ci ildönümü fonunda keçirilir və Vaşinqton, Nyu-York və Virciniya ştatını əhatə edəcək.

İranda etirazların yenidən başlaya biləcəyi ilə bağlı narahatlıq artır.
 

“Iran International”ın məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasında ölkədə etirazların yaxın günlərdə yenidən alovlana biləcəyi ilə bağlı müzakirə aparılıb. Təhlükəsizlik qurumlarının nümayəndələri iclasda ölkədəki iqtisadi vəziyyətlə bağlı “məyusedici mənzərə” təqdim ediblər.


Onların qiymətləndirməsinə görə, iqtisadi böhranın dərinləşməsi etirazların yenidən başlamasına əsas səbəb ola bilər.

ABŞ İranın ali rəhbərinin sağ olduğunu düşünür.

ABŞ dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində bildirib ki, Vaşinqton İranın ali rəhbərinin sağ olduğunu güman edir. Rubio həmçinin İranın xarici işlər naziri Abbas Əraqçi ilə heç vaxt birbaşa danışmadığını deyib.

Onun sözlərinə görə, Əraqçi ABŞ rəsmiləri ilə nadir hallarda təmasda olub və bu əlaqələr əsasən dolayı danışıqlar formatında aparılıb. Rubio bildirib ki, Tehranla birbaşa kontaktlar çox nadir, məxfi və İran sistemində yalnız bir-iki şəxs vasitəsilə baş tutur.

Rumıniya və ABŞ PUA sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.

Rumıniyanın müdafiə naziri Radu Mirutse və ABŞ Quru Qoşunlarının naziri Daniel Driskoll PUA və anti-PUA sistemləri sahəsində əməkdaşlıqla bağlı niyyət məktubu imzalayıblar.

Razılaşmaya əsasən, Rumıniya Böyük Britaniyadan sonra ABŞ-ın Counter-UAS Marketplace platformasına real vaxt rejimində çıxış əldə edən ikinci ölkə olacaq. Bu platforma pilotsuz uçuş aparatlarına qarşı 1600-dən çox həllə çıxış imkanı yaradır və cavab tədbirləri ilə satınalma proseslərini sürətləndirir.

ABŞ və İran münaqişədən əvvəlki vəziyyətə qayıtma variantını müzakirə edir.

CNN-in məlumatına görə, ABŞ və İran potensial razılaşmanın ilk mərhələsi kimi münaqişədən əvvəl mövcud olan status-kvoya qayıtmaq imkanını nəzərdən keçirir.

Məlumata əsasən, tərəflərin mövqeləri göründüyü qədər uzaq deyil və danışıqlar fəal pərdəarxası diplomatiya ilə müşayiət olunur.

İlk addımlardan biri Hörmüz boğazında azad gəmiçiliyin bərpası və əvvəlki şərtlərə qayıdış ola bilər. İranın nüvə proqramı ilə bağlı müzakirələrin isə danışıqların sonrakı mərhələsinə saxlanılacağı gözlənilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Stulunu niyə yerinə çəkirsən? - Səbəbi

Stulunu niyə yerinə çəkirsən? - Səbəbi

Səbinədən hit mahnısı ilə bağlı etiraf: “Elə-belə yazmışdım” – VİDEO

Səbinədən hit mahnısı ilə bağlı etiraf: “Elə-belə yazmışdım” – VİDEO

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

End of content

No more pages to load

RADİO