Yeniyetmə və gənclər arasında yeni PEŞƏ TRENDİ - “Təcrübə tələb olunmur, 800 manat qazanc var”

Son illər Bakıda və digər iri şəhərlərdə "Coffee shop"ların sayı durmadan artır. Bu obyektlər daha çox müştəri cəlb eləmək üçün müxtəlif üsullarından istifadə edirlər. Hətta şaxtalı, soyuq qış günlərində belə açıq havada kofe xidməti göstərənlərə də rast gəlmək olur.

"Coffee Shop"lara təkcə kofe həvəskarlarının deyil, həm də iş axtaranların da marağı sürətlə artır. Məsələn əvvəllər tələbələr daha çox operator və ya satıcı kimi iş axtarırdılarsa, indi 18-24 yaşlı gənclərin əsas hədəfi barista olmaqdır.

Bəs bu peşəyə artan marağın səbəbi nədir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan marketoloq Vüsal Ağayev bildirib ki, qəhvə mədəniyyətinin sürətli inkişafı baristalara olan tələbatı pik həddə çatdırıb:

“Təsadüfi deyil ki, "Coffee shop"larda işləməyi sadəcə "fəhlə işi" kimi yox, həm də estetik, ünsiyyətcil və "cool" bir peşə kimi görürlər. Üstəlik "Coffee shop"larda işləməyə əyləncə kimi baxanlar da var. Digər səbəb əməkhaqqıdır. Reallıqda yeniyetmənin və yaxud tələbinin 500-600 manatlıq “əli quru iş” tapması çətindir. Amma "Coffee Shop"larda rahatlıqla bu pulu qazanmaq olur. “Çayavoy”u da nəzərə alsaq, gəncin aylıq gəliri 700-800 manata qədər artır. Təcrübəli baristalar və "art-latte" ustaları isə iri şəbəkələrdə 1000 manatdan yuxarı maaş və bonuslar tələb edirlər”.

“Təcrübə tələb olunmur”.
 

Müsahibimiz onu da qeyd edib ki, barista peşəsinə marağın çox olmasının bir səbəbi də asan işə qəbuldur:


“Bəlkə də yeganə sahədir ki, barista olmaq istəyənlərdən təcrübə soruşulmur. Təcrübəsi olanlara isə daha çox maaş verilir. Bu da karyerasına yeni başlayan  gənclər üçün həm məktəb, həm də gəlir mənbəyidir. Maraqlıdır ki, bu trend təkcə Bakı ilə məhdudlaşmır. Regionlarda, xüsusən turizm mərkəzləri olan Qəbələ, Quba və Şamaxıda müasir formatlı kafelərin açılması rayon gəncləri üçün də yeni iş imkanları yaradır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı

Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO

Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO

ADY sərnişin daşınmasını 19 % ARTIRIB

ADY sərnişin daşınmasını 19 % ARTIRIB

Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

Zəfərdən yeni hədəflərə - YAP-ın VIII Qurultayı hansı mesajları verdi?

Zəfərdən yeni hədəflərə - YAP-ın VIII Qurultayı hansı mesajları verdi?

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

Kamçatkada helikopter sərt eniş etdi

Kamçatkada helikopter sərt eniş etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

End of content

No more pages to load

RADİO