Azərbaycanın İrandakı səfiri Təbrizə getdi – SƏBƏB - FOTO

Fevralın 19-da Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Təbrizə səfəri çərçivəsində İranın Şərqi Azərbaycan vilayətinin valisi Zeynalabdin Abidin Xorrəm ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə İran ilə Azərbaycanın regionları arasındakı əlaqələrin inkişafı müzakirə edilib.

İranın qonşu ölkələrlə əlaqələrini inkişaf etdirmək siyasətini dəyərli adlandıran səfir, Azərbaycan Prezidenti İlham Əliyevin İranla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi Zəfəri ilə azad olunmuş torpaqlarda başlanan bərpa və quruculuq işlərindən bəhs edən səfir Əli Əlizadə, bu Qələbə nəticəsində 132 kilometr İran-Azərbaycan sərhədi boyunca azad edilmiş Azərbaycan ərazilərinin də yeni reallıqlar və əməkdaşlıq üçün bir çox imkanlar yaratdığını bildirib.

Səfir İran şirkətlərini, xüsusən Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən şirkətləri, iş adamlarını Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə sərmayə yatırmağa, quruculuq işlərində yaxından iştirak etməyə dəvət edib.

 

Nəzərə çatdırılıb ki, işğaldan azad edilən ərazilərdə sənaye parkları, iqtisadi zonalar yaradılıb, bu ərazilərdə fəaliyyət göstərən şirkət və iş adamları üçün güzəştli imkanlar verilib. Həmin ərazilərdə “ağıllı” kənd və şəhərlərin, “yaşıl enerji” zonalarının da yaradıldığını qeyd edən səfir bir neçə ildən sonra bu ərazilərin Azərbaycanın qabaqcıl və inkişaf etmiş regionuna çevriləcəyini bildirib.


Martın 10-11-də Bakıda Azərbaycan ilə İran arasında müştərək iqtisadi komissiyanın iclasının keçiriləcəyini bildirən Ə.Əlizadə digər məsələlərlə yanaşı, Şərqi Azərbaycan Vilayəti ilə Azərbaycanın həmsərhəd ərazilərindən yeni sərhəd-keçid məntəqələrinin açılması, vilayətin Traktorsazi zavodunun istehsal müəssisəsinin azad olunmuş ərazilərimizdə yaradılması imkanlarının da müzakirə olunacağını bildirib.

 

Yaxın zamanlarda Bakı–Tehran reysinin yenidən fəaliyyətə başlayacağını bildirən Əli Əlizadə, pandemiya şəraitinin daha da yaxşılaşması ilə növbəti mərhələdə Təbriz və Bakı arasında birbaşa hava reysinin bərpasının da hər iki ölkənin aidiyyəti orqanları tərəfindən nəzərdən keçiriləcəyini bildirib.


İranın Şərqi Azərbaycan vilayətinin valisi Abidin Xorrəm nəzərə çatdırıb ki, İran Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Vilayətin şirkətləri azad edilən ərazilərdə aparılan quruculuq işlərində iştirak etməyə hazırdırlar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - PROQNOZ

İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - PROQNOZ

Bağırsağın bir nömrəli düşməni olan ƏT NÖVÜ – Əksəriyyət yeyir

Bağırsağın bir nömrəli düşməni olan ƏT NÖVÜ – Əksəriyyət yeyir

Sakit görünən, amma qəfildən “partlayan” 5 BÜRC

Sakit görünən, amma qəfildən “partlayan” 5 BÜRC

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Rusiyada YDM-lərdə uzun növbələr yarandı – VİDEO

Rusiyada YDM-lərdə uzun növbələr yarandı – VİDEO

Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır

Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır

Leyla Əliyevanın doğum günüdür

Leyla Əliyevanın doğum günüdür

Türkiyə avro ilə sürətli ödəniş sisteminə keçir

Türkiyə avro ilə sürətli ödəniş sisteminə keçir

“İmişli” yeni baş məşqçisini açıqladı

“İmişli” yeni baş məşqçisini açıqladı

İlham Namiq Kamalın oğlu məzun oldu - FOTO

İlham Namiq Kamalın oğlu məzun oldu - FOTO

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Leandro Andrade “Sabah”a qol vurdu

Leandro Andrade “Sabah”a qol vurdu

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Çayda batan Muradın FOTOSU

Çayda batan Muradın FOTOSU

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

“Neftçi” Rumıniya klubuna uduzdu

“Neftçi” Rumıniya klubuna uduzdu

Qusarın icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Qusarın icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Ermənistanda hiss olunan zəlzələ baş verdi

Ermənistanda hiss olunan zəlzələ baş verdi

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

"Avroviziya" təmsilçimizə yüksək vəzifə verildi

"Avroviziya" təmsilçimizə yüksək vəzifə verildi

Lukaşenko hədiyyəsi ilə İndoneziya prezidentini TƏƏCCÜBLƏNDİRDİ

Lukaşenko hədiyyəsi ilə İndoneziya prezidentini TƏƏCCÜBLƏNDİRDİ

Natiq Şirinov 35 min təzminat alacaq – FOTO

Natiq Şirinov 35 min təzminat alacaq – FOTO

End of content

No more pages to load

RADİO