“Austrian Airlines” şirkəti bazar günündən etibarən Ukraynanın Kiyev və Odessa şəhərlərinə uçuşları fevralın sonunadək dayandırır.
Bizim.Media xəbər verir ki, bu qərar ölkədəki vəziyyəti təhlil etdikdən sonra alınıb.
"Vətənə qayıtmaq istəyənlərin çoxluğunu nəzərə alaraq sabah xüsusi reys həyata keçiriləcək", - deyə aviaşirkətdən bildirilib.
Avstriya mediası bildirir ki, şirkət Lvova uçuşları davam etdirəcək. (Lent.az)
Bizim.Media