Futbol üzrə Azərbaycan II Liqasında XXV tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
Lider "Xankəndi" və ən yaxın izləyicisi "Qaradağ Lökbatan" turu qələbə ilə başa vurub.
II Liqa, XXV tur
5 may
"Quba" - "Xankəndi" 0:3
Qollar: T.Qurbatov, 17, 51, B.Teymurov, 69
Qırmızı vərəqə: K.Mirzəyev, 71 ("Quba")
"Qaradağ Lökbatan" - "Dinamo" 5:2
Qollar: R.Orucov, 29 (pen), İ.Zeynallı, 56, A.Mikayılov, 65, İ.Hüseynov, 82, 86 - R.Məmmədli, 41, Ə.Ağayev, 90+2
"Şirvan" - "Şəmkir" 3:2
Qollar: C.Baxşəliyev, 54 (pen), R.Məmmədov, 57, Q.İbrahimov, 77 - T.Məmmədzadə, 14, S.Abbasov, 44
Bizim.Media