“Tiktok”er “Bəniz”in məhkəməsində ifadə verən şahid görün nə dedi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "tik-tok"er Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid M.Ş. heç vaxt ifadə vermədiyini bildirib:

"Mən iki il yarım - 2024-2025-ci illərdə Xalid Kazımovun mebel sexində işləmişəm, mühafizə xidmətində idim. O xəstə olanda Aybəniz xanım ona çox dəstək olurdu, yemək gətirirdi, qulluq edirdi. Aybəniz xanımın evində də dəfələrlə olmuşam, uşaqlarını gəzməyə aparmışam.

Aybəniz xanım çox diqqətli insan idi. Bir dəfə məni fikirli görəndə təklif edib dedi:

"Əgər bir problemin varsa, maşınımı satıb problemini həll edə bilərsən".
 

Mən bu təklif üçün ona təşəkkür etdim, amma razılaşmadım. Bir-iki dəfə olub ki, X. Kazımov 300-500 manat pulu Aybəniz xanıma  çatdırmağımı istəyib, amma ortada heç vaxt böyük məbləğ olmayıb".


Məhkəmə daha sonra şahidin ilkin istintaq zamanı verdiyi ifadəni elan edib:

"Bakıda X. Kazımovun mebel sexində işləmişəm. İşlədiyi müddətdə bir neçə dəfə Aybəniz xanım sexə gələrək hay-küy salıb, "Bura mənim ərimin sexidir, məni dərhal içəri buraxın" deyə tələb etsə də obyektin mühafizəçisi kimi onu sexə buraxmamışam. Xalid çox vaxt sexdə qalırdı. Bir dəfə onun yanına gedəndə çox üzgün gördüm. Səbəbini soruşanda Aybəniz adlı qadının onu şantaj etdiyini, həyatdan bezdirdiyini dedi. İki dəfə Xalidin tapşırığı ilə  müxtəlif məkanlarda 15 000 manatı Aybənizə vermişəm. Bir dəfə Aybəniz xanıma dedim ki, adamı rahat buraxsın, yazıqdır, evində də problemləri yaranıb deyə ofisdə qalır". 

Şahid elan olunan ifadə ilə razılaşmadığını, heç vaxt belə bir ifadə vermədiyini məhkəməyə desə də, qeyd olunan imzanın ona məxsus olduğunu bildirib:

"Bizim aramızda əvvəllər də sənəd imza söhbətləri filan olurdu deyə mən bu kağızların  nə olduğunu heç soruşmadım".

Məhkəmə prosesinə onlayn qoşulan X. Kazımov sənədlərin onun ofisində imzalandığını etiraf edib. 

Növbəti proses mayın 19-u saat 17:00-a təyin olunub.
 

Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.


"Tik-tok"er barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

End of content

No more pages to load

RADİO