Münxen Təhlükəsizlik Konfransında (MTK) Cənubi Qafqazdakı vəziyyət diqqət mərkəzində olacaq. Konfrans çərçivəsində Cənubi Qafqaz regionuna həsr ediləcək ayrıca panelin təşkili nəzərdə tutulur. Gürcüstan tərəfi panel iclasda fəal iştirak edəcək.
Bizim.Media Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani məlumat verib.
Onun sözlərinə görə, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iclasda bölgədə dayanıqlı sülhün təminatı ilə bağlı ölkəsinin mövqeyini və fikirlərini açıqlayacaq.
D.Zalkaliani deyib ki, hökumət başçısı konfrans çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Bu görüşlərdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin önəmi xüsusi vurğulanıb.
Bizim.Media