“Xəstəxanaya yerləşdirilən Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski sağalmaqdadır, lakin onun həkim nəzarətinə ehtiyacı var”.
Bizim.Media “İzvestiya”ya istinadən xəbər verir ki, bunu LDPR sədrinin müavini və onun rəyasət heyətinin üzvü Yaroslav Nilov deyib.
O qeyd edib ki, partiya onun ünvanına xoş sözlər göndərən bütün həkimlərə və vətəndaşlara öz təşəkkürünü bildirir.
Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan Vladimir Jirinovskinin vəziyyətinin ağır olduğu bildirilirdi.
Bizim.Media