Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi barədə məlumat verib.
 

Qeyd edək ki, Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin tapşırığına əsasən “AzərEnerji” ASC tərəfindən 100 faiz daxili maliyyə vəsaiti hesabına iki əsas yarımstansiyada - 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb. Belə miqyasda bu cür mərkəzlərin qurulması yalnız Azərbaycanda deyil, ümumilikdə MDB regionunda ilkdir.


Layihə çərçivəsində “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlərin (ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA) apardıqları araşdırma Azərbaycanda təxminən 1850 MVt gücündə bərpaolunan enerji mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu cür batareya sistemlərinin yaradılmasının zəruri olduğunu göstərib.

Batareya Enerji Saxlanc Mərkəzi çevikliyi ilə seçilir. Belə ki, onlar 2 saat ərzində tam doldurula və ya boşaldıla bilər. Artıq enerji, o cümlədən günəşli saatlarda istehsal olunan enerji burada toplanır və pik saatlarda - enerjiyə tələbat artan zaman avtomatik olaraq şəbəkəyə verilir. Bir sözlə, bu sistemlər enerjini yığıb saxlayır, lazım gəldikdə isə onu istifadəyə yönəldir.
 

Belə Mərkəzin tətbiqi enerji şəbəkəsinə bir çox üstünlüklər verir. Məsələn, SCADA sistemi ilə enerji sisteminə real vaxt rejimində nəzarət olunur, şəbəkədə sabitlik, o cümlədən tezlik və gərginlik qorunur, qəfil enerji çatışmazlıqları avtomatik tənzimlənir, qəzaların təsiri azalır və sistem daha etibarlı olur. Bundan başqa, pik saatlarda elektrikə tələbat daha rahat qarşılanır, Günəş və külək enerjisindəki fasilələrin təsiri azalır, enerji sisteminin sıfırdan bərpası mümkün olur. Eyni zamanda, Günəş batan saatlarda yük dəyişiklikləri daha rahat idarə edilir.


Bir sözlə, Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması Azərbaycanın enerji sistemini daha müasir, çevik və dayanıqlı edir. Xüsusilə Günəş və külək enerjisinin artdığı bir dövrdə bu cür saxlanc sistemləri gələcəyin enerji modelinin əsas hissəsi hesab olunur.

“Abşeron” Batareya Enerji Saxlanc Mərkəzində bu sistemləri idarə etmək üçün xüsusi mərkəz yaradılıb.

Ərazidə müasir idarəetmə binası tikilib, geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.
Dövlətimizin başçısına bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası və enerjisistemin rəqəmsal transformasiyası haqqında da məlumat verilib.

Bildirilib ki, yaxın perspektivdə böyükhəcmli bərpaolunan enerji mənbələri enerjisistemə inteqrasiya ediləcək və 2028-ci ildə ümumilikdə 2100 MVt-dan çox yaşıl enerji artıq şəbəkədə olacaq.
 

Bütün bunlar nəzərə alınaraq Azərbaycanda tikilən 2 GVt bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, Bakının, o cümlədən Ələt Azad İqtisadi Zonasının enerji təchizatında yaşıl enerji payını yüksəltmək, 500/330 kV-luq “Nəvahi Yaşıl Enerji” qovşağını ölkə enerjisistemi ilə birbaşa tam əlaqələndirməklə onu əsas qovşaq yarımstansiyalarından birinə çevirmək üçün icra edilən “AZURE” layihəsi çərçivəsində işlərin əsas mərhələsi artıq yekunlaşıb.


Layihə çərçivəsində “Nəvahi” yarımstansiyasına “Abşeron” yarımstansiyasından 65 kilometr məsafədə 500 kV-luq, “Bankə” və “Biləsuvar” Günəş Elektrik stansiyalarından isə ümumilikdə 181 kilometr məsafədə 330 kV-luq ötürmə xətləri çəkilib. Perspektivdə “Nəvahi” yarımstansiyasına Mingəçevirdən 235 kilometr 500 kV-luq, Qobu, Ələt və Qobustandan isə ümumilikdə 103 kilometr 330 kV-luq ötürmə xətlərinin çəkilişi nəzərdə tutulur.

Son 7 ildə 4700 kilometr fiber-optik kabel infrastrukturu yaradılıb, 550-dən çox enerji obyektini əhatə edən mərkəzi SCADA sistemi qurulub.

Enerjisistemdə onlayn diaqnostika texnologiyaları (AGC, WAMS/WACS), süni intellekt əsaslı qəza proqnozlaşdırma və diaqnostika sistemləri tətbiq olunur. Günəş və külək stansiyaları üçün yüksəkdəqiqlikli proqnozlaşdırma sistemi hazırlanır.
 

“AzərEnerji” ASC-nin daxili strukturunda enerjisistemin tam avtomatlaşdırılmış idarə edilməsi məqsədilə Rəqəmsal İdarəetmə Departamenti yaradılıb. Elektrik enerjisi istehlakının 2032-ci ilədək təxminən 17 faiz artacağı proqnozlaşdırılır. Həmin dövrədək 8 GVt BOEM gücləri yaradılacaq.


Yaşıl enerjinin Qara dəniz kabeli, regional enerji dəhlizləri və digər layihələr vasitəsilə Avropa bazarlarına ixracı əsas hədəfdir. Qara dəniz kabelinin 1300 MVt yaşıl enerjiötürmə imkanı olacaq.

Dövlətimizin başçısı “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışını bildirən düyməni basdı.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

5 ayda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb

5 ayda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb

Çirkli hava astma xəstələrinə əlavə problem yaradır

Çirkli hava astma xəstələrinə əlavə problem yaradır

Bu ərazilərə leysan yağır

Bu ərazilərə leysan yağır

Azərbaycandan Ermənistana benzin və dizel göndərildi

Azərbaycandan Ermənistana benzin və dizel göndərildi

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Bu gün bürcləri nə GÖZLƏYİR?

Bu gün bürcləri nə GÖZLƏYİR?

“Pepsi”dən döyüş təyyarəsi tələb etmişdi – 30 il sonra "mükafatını" aldı - FOTO

“Pepsi”dən döyüş təyyarəsi tələb etmişdi – 30 il sonra "mükafatını" aldı - FOTO

Reabilitasiya mərkəzində autizmli uşağa şiddət göstərildi - VİDEO

Reabilitasiya mərkəzində autizmli uşağa şiddət göstərildi - VİDEO

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

"Küçədə Ukrayna dilində danışmaqdan qorxuruq" - Polşa-Ukrayna münasibətlərində nə dəyişdi?

"Küçədə Ukrayna dilində danışmaqdan qorxuruq" - Polşa-Ukrayna münasibətlərində nə dəyişdi?

Futbol üzrə Dünya Çempionatı - 2026: Pley-offa kimlər vəsiqə qazanıb?

Futbol üzrə Dünya Çempionatı - 2026: Pley-offa kimlər vəsiqə qazanıb?

Venesueladakı zəlzələdə ölənlərin sayı 235-ə çatdı

Venesueladakı zəlzələdə ölənlərin sayı 235-ə çatdı

"Yaprak dökümü"nün aktrisaları eyni layihədə

"Yaprak dökümü"nün aktrisaları eyni layihədə

İtkin düşən 6 nəfər tapıldı

İtkin düşən 6 nəfər tapıldı

Xankəndidə hərbçilərin yürüşü keçirildi - FOTO/VİDEO

Xankəndidə hərbçilərin yürüşü keçirildi - FOTO/VİDEO

Ordumuzda neçə qadın xidmət edir?-STATİSTİKA

Ordumuzda neçə qadın xidmət edir?-STATİSTİKA

AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO

AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib

Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edilib - VİDEO

Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edilib - VİDEO

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb - FOTO/VİDEO

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb - FOTO/VİDEO

Ürək sağlamlığı üçün faydalı olan QİDALAR

Ürək sağlamlığı üçün faydalı olan QİDALAR

Rusiya Ermənistana qarşı məhdudiyyətləri genişləndirdi

Rusiya Ermənistana qarşı məhdudiyyətləri genişləndirdi

End of content

No more pages to load

RADİO