Azərbaycan-Avropa İttifaqı TƏRƏFDAŞLIĞI – Mövcud vəziyyət və gələcək PERSPEKTİVLƏR

Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər durmadan inkişaf edir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri də Aİ ilə Azərbaycan arasında münasibətlərin inkişafında mühüm addım kimi dəyərləndirilə bilər.

Kosta səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Tərəflər görüşdə müxtəlif istiqamətlər üzrə münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparıblar.

Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının gələcək perspektivləri

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlığın uzun tarixi var:
 

“Azərbaycanın əsas etibarı ilə alternativ enerji mənbəyi rolunda çıxış etməsi və Aİ-nin enerjiyə olan tələbatının bir hissəsinin ölkəmiz vasitəsilə təmin edilməsi bu münasibətləri daha da dərinləşdirib.  1994-cü ildə “Əsrin müqaviləsi” ilə başlayan bu tərəfdaşlıq sonradan Cənub Qaz Dəhlizi vasitəsilə davam etdirildi”.


Deputat qeyd edib ki, yeni dördüncü sənaye inqilabı kontekstində sənayenin əsas hərəkətverici qüvvəsi olan enerjinin bərpa olunan enerji mənbələrindən təmin olunması da Aİ-Azərbaycan arasındakı münasibətləri yeni bir mərhələyə qaldırıb:

“Beləliklə, 2022-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq sənədi imzalandı. Azərbaycan yeni tarixi mərhələdə yeni bərpa olunan enerji mənbəyi kimi çıxış etməyə başlayıb. Bu isə ölkəmizin enerji siyasətinin nə qədər doğru olduğunun isbatıdır”.

Müsahibimiz hesab edir ki, Azərbaycan artıq Aİ ilə tərəfdaşlıqda tükənən qazma enerjisindən tükənməyən, bərpa olunan enerji münasibətlərinə keçir:

“Bu isə daha uzunmüddətli əməkdaşlıqdır”.

H. Babaoğlunun fikrincə, Aİ ilə Azərbaycan arasında münasibətlər bundan sonrakı mərhələdə daha çoxşaxəli və daha strateji əhəmiyyət kəsb edəcək:

“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta mətbuat üçün verdiyi bəyanatda 3 məsələni önə çəkib. O, Azərbaycanın etibarlı tərəfdaş olması, enerji mənbəyi kimi təhlükəsiz mənbə olmasını və Orta Dəhlizin işə düşməsilə ölkəmizin Avropa ilə Asiya arasında əlaqələrdə rolu məsələsini önə çıxardı. Bütün bunların hər biri ayrılıqda mühüm əhəmiyyətli, strateji məsələlərdir. Bu isə bundan sonrakı mərhələdə də Aİ ilə Azərbaycan arasında münasibətlərin daha çoxşaxəli və daha strateji əhəmiyyət kəsb edəcəyinin göstəricisidir”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Afrika ölkəsində təbii fəlakət 59 can aldı

Afrika ölkəsində təbii fəlakət 59 can aldı

Qazaxıstan Rusiyaya benzin GÖNDƏRƏCƏK

Qazaxıstan Rusiyaya benzin GÖNDƏRƏCƏK

Bakının bu ərazilərində ev almağa tələsin: Qiymətlər arta bilər

Bakının bu ərazilərində ev almağa tələsin: Qiymətlər arta bilər

Cüdoçularımız Avropa çempionatında 10 medal QAZANDI - FOTO

Cüdoçularımız Avropa çempionatında 10 medal QAZANDI - FOTO

İqbal Ağazadənin başına iş gəldi: “Adımdan pul istəyirlər”

İqbal Ağazadənin başına iş gəldi: “Adımdan pul istəyirlər”

Sumqayıtda evdən cansız bədən TAPILDI

Sumqayıtda evdən cansız bədən TAPILDI

Pezeşkian əzadarlıq mərasimində iştirak etdi - VİDEO

Pezeşkian əzadarlıq mərasimində iştirak etdi - VİDEO

“Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı

“Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı

Dünya tarixini dəyişən bacının ruhi dispanserdə ölən qardaşı...

Dünya tarixini dəyişən bacının ruhi dispanserdə ölən qardaşı...

Azərbaycan nadir ölkələrdəndir ki... - Lyayen

Azərbaycan nadir ölkələrdəndir ki... - Lyayen

Ukraynada həlak olan Fatimənin əmisindən ürəkdağlayan sözlər - VİDEO

Ukraynada həlak olan Fatimənin əmisindən ürəkdağlayan sözlər - VİDEO

"Azərbaycan-Aİ tərəfdaşlığı: Üfüqləri aşan baxış" - FOTO

"Azərbaycan-Aİ tərəfdaşlığı: Üfüqləri aşan baxış" - FOTO

Bakıda temperatur 40 dərəcəyə çatıb – İyun ayının STATİSTİKASI

Bakıda temperatur 40 dərəcəyə çatıb – İyun ayının STATİSTİKASI

Millimiz ev oyununu Gəncədə keçirəcək

Millimiz ev oyununu Gəncədə keçirəcək

AK Prezidenti: "Azərbaycan Aİ üçün etibarlı tərəfdaş olduğunu sübut edib"

AK Prezidenti: "Azərbaycan Aİ üçün etibarlı tərəfdaş olduğunu sübut edib"

Çin dili kursunun buraxılış mərasimi keçirildi - FOTO

Çin dili kursunun buraxılış mərasimi keçirildi - FOTO

Samuxda yük maşını çaya aşdı, bir nəfər suda boğuldu

Samuxda yük maşını çaya aşdı, bir nəfər suda boğuldu

Bakının üç rayonunda elektrik şəbəkələri yenidən qurulacaq

Bakının üç rayonunda elektrik şəbəkələri yenidən qurulacaq

Lyayen: "Tarixi sülh sazişini parafladığınız üçün sizi təbrik edirəm"

Lyayen: "Tarixi sülh sazişini parafladığınız üçün sizi təbrik edirəm"

Muzey direktoru Beynəlxalq mükafata layiq görüldü - FOTO

Muzey direktoru Beynəlxalq mükafata layiq görüldü - FOTO

Prezident: "Bizim üçün sülh artıq reallıqdır"

Prezident: "Bizim üçün sülh artıq reallıqdır"

“Şəfa” rumıniyalı futbolçu transfer etdi

“Şəfa” rumıniyalı futbolçu transfer etdi

Ursula fon der Lyayen: “Məqsədim Azərbaycanla tərəfdaşlığımızı möhkəmləndirməkdir”

Ursula fon der Lyayen: “Məqsədim Azərbaycanla tərəfdaşlığımızı möhkəmləndirməkdir”

Sabit Rəhmanın ev-muzeyinin yubiley tədbiri keçirilib - FOTOLAR

Sabit Rəhmanın ev-muzeyinin yubiley tədbiri keçirilib - FOTOLAR

End of content

No more pages to load

RADİO