"TikTok"da söyüş söyəni bıçaqladı

"TikTok" sosial şəbəkəsində söyüşə görə əks tərəfi öldürməyə cəhddə təqsirləndirilən Töhrad Quliyev və Cavad Bayramovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Töhrad Quliyev sualları cavablandırıb

Onun sözlərinə görə, istintaq dövründə ifadəsini təzyiq altında verib:

"Beş dəfə məhkumluğum olub. Rəhmanla mən ev ustasıyıq. "TikTok"da ustalar qrupu açmışdıq, bir-birimizə iş olanda xəbər edirik. Nicatı isə Rəhmana görə tanımışam. İlk dəfə olaraq Rəhman, Nicat və Elşənlə "Şamaxinka"da görüşdük. Oturub çörək yedik və sonra mən taksi sifariş etdim. Taksiyə minəndə Rəhman bizi taksidən düşürtdü ki, söhbət var. Nicatla Sadiq arasında
"TikTok"da söyüşlü mübahisə olmuşdu. Onlar getdilər söhbət etməyə. Birdən səs-küy eşitdim.

Mən onlara çatanda gördüm ki, dava edib aralaşırlar. Gördüm ki, bıçaqlaşma olub aralarında. Rövşən daşla başıma vurdu və sifətim qana boyandı. Yerdə bıçaq var idi, onu götürüb qeyri-ixtiyarı Rövşənə vurdum".

Daha sonra sənədlərin tədqiqinə başlanılıb və məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin martında Nəsimi rayonu, Moskva prospektində 96 nömrəli məktəbin qarşısındakı parkda baş verib.

Belə ki, təqsirləndirilən şəxslər "TikTok" sosial şəbəkəsində mübahisədən sonra görüş təyin ediblər. Daha sonra mübahisə davaya çevrilib və bıçaqlanma hadisəsi baş verib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham irəli sürülüb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

End of content

No more pages to load

RADİO