Rusiya ilə ABŞ donanması Oxot dənizində üz-üzə gəliblər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
"Fevralın 12-də Rusiyanın ərazi sularında, Kuril adasının Urup bölgəsində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıq aşkar edilib", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Rusiyaya məxsus və 1200 kilometr uzanan Kuril adası Sakit Okeanla Oxot dənizini bir-birindən ayıran 56 adadan ibarətdir.
Bizim.Media