Digərinin yerinə də işləyənə əlavə maaş verilməlidir?

Mağazada vəzifəsi satıcı olan Mahir Əliyev (ad-soyadlar şərti) iş vaxtında eyni zamanda kassir işini də görür. Səbəb isə həmin vəzifə üzrə çalışan şəxsin bir neçə aydır ki, işdən çıxmasıdır.

Dükanın sahibi Arif Əhmədov isə nə vakant yerə işçi götürür, nə də ki, Mahirə bu işi yerinə yetirdiyinə görə əlavə əməkhaqqı verir.

Təcrübədə belə hallarla tez-tez qarşılaşırıq. Bəs qanunvericilik nə deyir.

Bizim.Media xəbər verir ki, “Qafqazinfo.az” bu mövzu ilə bağlı kiçik araşdırma aparıb. Əvvəlcə ondan başlayaq ki, Əmək Məcəlləsinə görə, vakant vəzifə üzrə işin digər işçiyə həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi vakant vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona vakant vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqının yarısından az olmamaq şərti ilə əməkhaqqına əlavə ödənilməlidir.

Eyni zamanda, vakant vəzifə üzrə işçiyə 3 aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da vakant vəzifəyə yeni işçi götürülür.

Əgər vakant vəzifə ilə vakant olmayan eyni xarakterlidirsə, həmin vakant olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla, həmçinin belə vakant vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə vakant vəzifə üzrə nəzərdə tutulmuş maaşın yarısından az olmamaq şərti ilə əməkhaqqına əlavə ödənilir.

Məcəlləyə görə, vaxtamuzd (işçini işlədiyi vaxta görə əməkhaqqı alması) işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə işləri yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas dərəcələri, tarif maaşları üzrə ödənilir və əməkhaqqına əlavə edilir. Bu ödənişlərin məbləği və onun ödənilməsi şərtləri kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir. Kollektiv müqavilənin bağlanmadığı hallarda isə bu, işəgötürənlə həmkarlar ittifaqları təşkilatı tərəfindən hesablanır.

Bundan başqa, işçinin əmək müqaviləsində nəzərdə tutulmuş işlərlə yanaşı, iş vaxtı ərzində digər peşələr üzrə işləri də tam və ya qismən icra etdikdə, onun əməkhaqqına əlavə ödənilməlidir. Əməkhaqqına əlavənin miqdarı kollektiv müqavilə və ya tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində nəzərdə tutulan qaydada müəyyən edilir.

Həmçinin özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı, müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Buradan aydın olur ki, Mahir Əliyevə satıcı vəzifəsi ilə yanaşı, kassir vəzifəsinin həvalə edilməsi, ilk növbədə özünün razılığı ilə olmalıdır. Həmçinin ona kassir vəzifəsi üzrə nəzərdə tutulmuş əməkhaqqının yarısından az olmamaq şərti ilə əməkhaqqına əlavə ödənilməlidir.

Mahirə kassir vəzifəsi 3 aydan çox olmayan müddətə həvalə edilə bilər. Bu müddət bitdikdən sonra Mahir ya kassir vəzifəsinə keçirilməli, ya hər iki vəzifə birləşdirilərək onunla əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılmalı, ya da kassir vəzifəsinə yeni işçi götürülməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Poliklinikalarda davam edən növbə problemləri… - VİDEO

Poliklinikalarda davam edən növbə problemləri… - VİDEO

Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - VİDEO

Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - VİDEO

Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq ÖNƏMLİDİR?

Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq ÖNƏMLİDİR?

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Zirə” sabiq futbolçusunu geri qaytarır

End of content

No more pages to load

RADİO