İsveçdə yaşayan, əslən Azərbaycanlı məşhur tatu ustası Natiq Səttarov zorlama ittihamı ilə həbs olunub.
Bizim.Media İsveç mətbuatına istinadən xəbər verir ki, Jozef adı ilə də tanınan Səttarov, ötən ilin noyabrın 6-da Stokholmun mərkəzində yerləşən “Oxid bar” restoranının ayaqyolunda əvvəllər tanımadığı qadını zorlayıb.
Onun təcüvüzünün qarşısı restoranın digər qonaqlarının tualetin qapısını döyməsi ilə alınıb.
Keçirilən tibbi müayinə zamanı qadında zorlamanın izləri aşkar edilib. Səttarov ittihamı rədd etsə də, Stokholm məhkəməsi fevralın 3-də onu 8 ay müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, Natiq Səttarov əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni avtomobil idarə etmək və saxta sənədlərdən istifadə etməkdə təqsirli bilinib.
Qeyd edək ki, Natiq Səttarov tanınmış meyxanaçı Ağasəlim Çildağın oğludur.
Səttarov 2006-cı ilin dekabrında Azərbaycanda siyasi basqılara məruz qaldığını iddia edərək İsveç Krallığından sığınacaq istəyib. Bir müddət sonra istəyi qəbul olunub. 2015-ci ildə İsveç vətəndaşlığını alıb. İsveçdə məşhurlaşan Natiqin “İnstagram”da 250 minə yaxın izləyicisi var.
Bizim.Media


