Ötən ay Azərbaycanda tikinti sektoruna 200 milyon sərmayə yatırılıb - RƏSMİ

Bu ilin yanvar ayında Azərbaycanda tikinti sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 200,3 milyon manat təşkil edib.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
 

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 16% azdır. Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 14,3%-ə bərabər olub.


Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın 96,3 milyon manatı mənzil tikintisinə yönəldilib ki, bu da 2025-ci ilin eyni ayındakı göstəriciyə nisbətən 45,2% azalma deməkdir.

Dövr ərzində mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 6,9%-ə bərabər olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1,406 milyard manat və ya 2025-ci ilin yanvar ayı ilə müqayisədə 75,6 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 78,3 faiz, qeyri neftqaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 73,9 faiz çox olub.

Ümumi sərmayənin 758,6 milyon manatı və ya 54,0 faizi məhsul istehsalı sahələrinin, 551,0 milyon manatı (39,2 faizi) xidmət sahələrinin, 96,3 milyon manatı (6,8 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 17,2 faizi dövlət, 82,8 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Sərmayə qoyuluşunun 41,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 71,4 faizini təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təyyarə körpü ilə TOQQUŞDU - ANBAAN VİDEO

Təyyarə körpü ilə TOQQUŞDU - ANBAAN VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

ABŞ-da təyyarə qəzası: Piklbol komandasının 5 üzvü həlak oldu – VİDEO

ABŞ-da təyyarə qəzası: Piklbol komandasının 5 üzvü həlak oldu – VİDEO

Mayda hansı bürclər sevgi tapacaq və evlilik qərarı verəcək? – Astroloji proqnoz

Mayda hansı bürclər sevgi tapacaq və evlilik qərarı verəcək? – Astroloji proqnoz

Süni intellekt hansı peşələri sıradan çıxara bilər? – Ekspertlərdən XƏBƏRDARLIQ

Süni intellekt hansı peşələri sıradan çıxara bilər? – Ekspertlərdən XƏBƏRDARLIQ

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Diabet riskini azaldan gündəlik VƏRDİŞLƏR

Diabet riskini azaldan gündəlik VƏRDİŞLƏR

Üç ayda Türkiyəyə 9,2 milyon turist gəlib

Üç ayda Türkiyəyə 9,2 milyon turist gəlib

"Ürəyimi açdım, arxamdan VURDU"

"Ürəyimi açdım, arxamdan VURDU"

Avtomobildə yüksək səslə musiqi dinləyənlərə XƏBƏRDARLIQ

Avtomobildə yüksək səslə musiqi dinləyənlərə XƏBƏRDARLIQ

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət etdilər - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət etdilər - FOTO

Anar Ələkbərov "Bakı Marafonu 2026"dan paylaşım etdi - FOTO

Anar Ələkbərov "Bakı Marafonu 2026"dan paylaşım etdi - FOTO

Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı

Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı

"Bakı Marafonu”nın qalibi: Azərbaycanın bütün idmansevərlərinə minnətdaram

"Bakı Marafonu”nın qalibi: Azərbaycanın bütün idmansevərlərinə minnətdaram

Hindistanda fil məbəddə bir nəfəri öldürdü - VİDEO

Hindistanda fil məbəddə bir nəfəri öldürdü - VİDEO

“Bakı Marafonu”nda kişilər arasında türkiyəli idmançı QALİB GƏLDİ - FOTO

“Bakı Marafonu”nda kişilər arasında türkiyəli idmançı QALİB GƏLDİ - FOTO

Rusiya Dnepropetrovsk vilayətinə zərbə endirdi - İçərisində 40 uşağın olduğu avtobus yandı - FOTO

Rusiya Dnepropetrovsk vilayətinə zərbə endirdi - İçərisində 40 uşağın olduğu avtobus yandı - FOTO

İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? - VİDEO

İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? - VİDEO

Türkiyədə məktəbdə törədilmiş qətliamda ölənlərin sayı artdı - FOTO

Türkiyədə məktəbdə törədilmiş qətliamda ölənlərin sayı artdı - FOTO

Ötən ay Ukrayna 116 kvadrat kilometr ərazini azad edib

Ötən ay Ukrayna 116 kvadrat kilometr ərazini azad edib

Ermənistan MSK 19 siyasi qüvvəni qeydiyyata aldı

Ermənistan MSK 19 siyasi qüvvəni qeydiyyata aldı

Yaxın Şərq turistləri Rusiyaya səfərlərini kütləvi ləğv edirlər

Yaxın Şərq turistləri Rusiyaya səfərlərini kütləvi ləğv edirlər

Paşinyanın “Rusiya sərhədçilərinə pul ödəyirik” açıqlaması NƏYƏ XİDMƏT EDİR?

Paşinyanın “Rusiya sərhədçilərinə pul ödəyirik” açıqlaması NƏYƏ XİDMƏT EDİR?

End of content

No more pages to load

RADİO