“Danone” QALMAQALI – Təhlükə saçan uşaq qidalarını ölkəyə qeyri-qanuni gətirənlər KİMDİR? – FOTO

Bir neçə gün əvvəl Türkiyə mətbuatında yayılan məlumatlar Azərbaycan ictimaiyyətində də ciddi narahatlıq doğurub. Belə ki, “Danone” şirkətinə məxsus “Aptamil” uşaq qidasının tərkibində uşaqların sağlamlığı üçün təhlükəli hesab olunan serulid toksini aşkarlandığı üçün məhsul Türkiyədə satışdan yığışdırılıb.

Xatırladaq ki, 2025-ci ilin iyul ayında “Danone” MMC-nin Azərbaycanda fəaliyyətinə xitam verilib. Bu fonda məsələ daha da aktuallaşıb. Şirkətin yerli hüquqi şəxsi ləğv edildiyi halda, brendə məxsus məhsulların regionda dövriyyəsi və onların təhlükəsizlik nəzarəti ilə bağlı suallar gündəmə gəlir.
 

MÖVZU İLƏ BAĞLI:

“Danone” MMC Azərbaycanda ləğv olunubsa, məhsulları kim və necə SATIR? – FOTOFAKT


Bəs bu qida ilə bağlı vəziyyət Azərbaycanda necədir?  Təhlükəli uşaq qidaları satışdan yığışdırılıbmı?

Əvvəlcə bir neçə market və aptek şəbəkələrində müşahidə apardıq. Məhsulun açıq satışına demək olar ki, bir çox marketlərdə rast gəldik. Hətta marketlərdən onlayn çatdırmanın olduğunu da öyrəndik. “Danone”yə məxsus “Aptamil” uşaq qidaları 25-56 AZN aralığında satılır. Apteklər isə bu qidanı sifarişlə müştəri üçün gətirdiklərini bildirdilər.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyininə müraciət etdik. AQTA-nın İnformasiya Təminatı və İnnovativ Həllər Şöbəsinin müdiri İlkin Kərimov Bizim.Media-ya açıqlamasında bildirib ki, uyğunsuzluq aşkarlanan məhsullarla bağlı tədbirlər görülüb:

“31.10.2026 son istifadə tarixli “Danone” şirkətinə məxsus “Aptamil” qidasında uyğunsuzluq aşkarlanıb. Qeyd olunan tarixli məhsullar seriyası riskli olduğundan ölkəmizə idxal edilməyib. Agentlik ölkəmizə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirlərini davam etdirir”.

Qeyd edək ki, “Danone” MMC 2006-cı ilin noyabr ayında Azərbaycanda dövlət qeydiyyatına alınıb və süd məhsulları sektorunda tanınmış brendlərin Azərbaycana idxalı ilə məşğul olub. Lakin bu ilin iyulunda "Danone" MMC Azərbaycanda ləğv olunduğunu elan edib.

Görünən odur ki, “Danone” MMC-nin Azərbaycanda fəaliyyətinə xitam verildiyi rəsmən elan olunsa da, şirkətin məhsulları ölkəyə qeyri-qanuni gətirilir. AQTA isə yalnız “Danone” şirkətinə məxsus “Aptamil” qidasında uyğunsuzluq aşkarlandığını vurğulayaraq, yalnız 31.10.2026 son istifadə tarixli məhsulu ölkəmizə idxal etməyib.

Maraqlıdır, əl altından insanlarımızı zəhərləyənlər kimlərdir?

Mövzunu diqqətdə saxlayacağıq...


Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” – VİDEO

“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” – VİDEO

End of content

No more pages to load

RADİO