COVİD-19 pandemiyasından ən çox zərər çəkən ölkələrin ön cərgəsində duran Britaniya indi də Lassa virusu ilə üz-üzə qalıb.
Bizim.Media xəbər verir ki, artıq iki nəfərə Ebola virusunun bənzəri olan “Lassa qızdırması” diaqnozu qoyulub. Bir nəfər isə Lassa virusu şübhəsi ilə təcrid olunub.
Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi vurğulayır ki, on ildən sonra ilk dəfə ölkədə Lassa virusu təsbit edilib.
Lassa virusunun insandan insana yayılması nadir hadisədir.
Mia Quliyeva, Bizim.Media