Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb - FOTO

Təhsildə Araşdırma və İnkişaf Mərkəzi (TAİM) MİQ və sertifikasiya imtahanlarına hazırlaşan müəllimlər üçün süni intellekt əsaslı yeni tədris platformasını təqdim edib. Fevralın 1-də baş tutan təqdimat mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bizim.Media xəbər verir ki, təqdimat mərasimində müəllimlər, təhsil mütəxəssisləri və layihə komandasının üzvləri iştirak ediblər.
 

Tədbirdə açılış nitqi ilə çıxış edən TAİM-in direktoru İlkin Həsənov müəllim hazırlığında süni intellektin tətbiqinin əhəmiyyətindən danışaraq bildirib ki, rəqəmsal texnologiyalar təhsil sahəsində keyfiyyətin yüksəldilməsi və müəllimlərin peşəkar inkişafının sürətləndirilməsi baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, TAİM uzun illərdir müəllimlərin peşəkar inkişafını dəstəkləyir və yeni platforma bu fəaliyyətin daha innovativ mərhələyə keçidini təmin edir.


Qeyd olunub ki, süni intellekt əsaslı platforma müəllimlərə fərdi öyrənmə tempinə uyğunlaşdırılmış, interaktiv və adaptiv tədris imkanları təqdim edir. Platformanın əsas üstünlüklərindən biri "Mr. Taim" adlı ağıllı çatbotdur. Bu sistem istifadəçilərin suallarını real vaxt rejimində cavablandırır, mövzuların mərhələli şəkildə mənimsənilməsinə kömək edir və müəllimlərin biliklərinin formativ qiymətləndirilməsini həyata keçirir.

İlkin Həsənovun təqdimatından sonra müəllimlərin sualları cavablandırılıb, onların təklif və rəyləri dinlənilib.

Tədbirdə çıxış edən "AZAITECH" şirkətinin həmtəsisçisi, İT üzrə mütəxəssis Üzeyir Süleymanov süni intellekt texnologiyalarının gündəlik həyatımıza təsirindən danışıb. O bildirib ki, müasir texnologiyalar təhsil, səhiyyə və iqtisadiyyat daxil olmaqla bir çox sahədə yeni imkanlar yaradır və bu texnologiyaların düzgün tətbiqi cəmiyyətin inkişafına mühüm töhfə verir.

Təqdimat zamanı TAİM-in yalnız imtahana hazırlıq mərkəzi olmadığı, eyni zamanda müəllimlərin peşəkar və şəxsi inkişafına töhfə verən platforma olduğu müəllim baxışı ilə təqdim edilib. Çıxışlarda vurğulanıb ki, bu kimi təşəbbüslər müəllimlərin müasir bilik və bacarıqlara yiyələnməsində mühüm rol oynayır.
 

Eyni zamanda, "Mr. Taim" platformasının hazırlıq prosesinə təsiri tələbə baxışı ilə təqdim olunub. Qeyd edilib ki, süni intellekt əsaslı yanaşma istifadəçilərə fərdi öyrənmə imkanları yaradır, hazırlıq prosesini daha əlçatan və effektiv edir.


Tədbirdə iştirak edən Əməkdar müəllim Asif Cahangirov da mövzu ilə bağlı fikirlərini bölüşərək süni intellekt texnologiyalarının təhsil sistemində tətbiqinin müəllim hazırlığında yeni imkanlar açdığını vurğulayıb.

Qeyd edək ki, TAİM-in süni intellekt əsaslı bu platforması müəllimlərin bilik səviyyəsini avtomatik analiz edir, fərdi tədris marşrutu qurur, sınaq imtahanları təşkil edir və "Mr. Taim" adlı ağıllı çatbot vasitəsilə real vaxtda dəstək göstərir. Platforma ilkin mərhələdə istifadəçilər üçün ödənişsiz sınaq müddəti təklif edir. Daha sonra isə minimal məbləğlə abunə olmaq mümkündür.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ilk dəfə DÇ oyunlarını XANIMLAR şərh edəcək

Azərbaycanda ilk dəfə DÇ oyunlarını XANIMLAR şərh edəcək

Sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərin NƏZƏRİNƏ

Sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərin NƏZƏRİNƏ

Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

SON DƏQİQƏ: SEPAH Oman sahillərində icazəsiz hərəkət edən gəmini VURDU

SON DƏQİQƏ: SEPAH Oman sahillərində icazəsiz hərəkət edən gəmini VURDU

Venesuelada ZƏLZƏLƏ: Ölənlərin sayı 200-ə yaxınlaşır - FOTO

Venesuelada ZƏLZƏLƏ: Ölənlərin sayı 200-ə yaxınlaşır - FOTO

İsrail aviaşirkəti Moskvaya uçuşları LƏĞV EDİR

İsrail aviaşirkəti Moskvaya uçuşları LƏĞV EDİR

Bank kartlarının qorunmasına kim cavabdehdir? – EKSPERT AÇIQLADI

Bank kartlarının qorunmasına kim cavabdehdir? – EKSPERT AÇIQLADI

Sahibə Qafarova İraq rəsmisi ilə görüşdü - FOTO

Sahibə Qafarova İraq rəsmisi ilə görüşdü - FOTO

Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ

Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ

“Qarabağ”dan altıncı transfer - FOTO

“Qarabağ”dan altıncı transfer - FOTO

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov telefonda DANIŞDI

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov telefonda DANIŞDI

Böyük qürur hissi yaşadan hadisə oldu - Rəşad Atakişiyevin xanımı

Böyük qürur hissi yaşadan hadisə oldu - Rəşad Atakişiyevin xanımı

Bu da Ronaldonun şərəfinə hazırlanmış yeni butslar - FOTO

Bu da Ronaldonun şərəfinə hazırlanmış yeni butslar - FOTO

Azərbaycan və Niderland rəsmiləri Haaqada bir araya gəldi

Azərbaycan və Niderland rəsmiləri Haaqada bir araya gəldi

Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama

Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama

Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTO

Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTO

Qusarda 26 İyun – Silahlı Qüvvələr Günü qeyd edildi - FOTO

Qusarda 26 İyun – Silahlı Qüvvələr Günü qeyd edildi - FOTO

Nəvəsi imtahandan az bal yığdı, acığını gəlinindən çıxdı - BAKIDA

Nəvəsi imtahandan az bal yığdı, acığını gəlinindən çıxdı - BAKIDA

DSMF BMT-nin nüfuzlu Dövlət Xidmətləri Mükafatına layiq görüldü - FOTO - VİDEO

DSMF BMT-nin nüfuzlu Dövlət Xidmətləri Mükafatına layiq görüldü - FOTO - VİDEO

Dövlət Proqramı üzrə məzun olanların sayı açıqlanıb

Dövlət Proqramı üzrə məzun olanların sayı açıqlanıb

Messi və Ronaldo üz-üzə gələ bilər

Messi və Ronaldo üz-üzə gələ bilər

Ruben Rubinyan Ermənistan parlamentinin sədri vəzifəsinə namizəd SEÇİLDİ

Ruben Rubinyan Ermənistan parlamentinin sədri vəzifəsinə namizəd SEÇİLDİ

AYB rəsmisi: “Elza Seyidcahanın yeri səhv düşüb”

AYB rəsmisi: “Elza Seyidcahanın yeri səhv düşüb”

Hikmət Hacıyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - FOTO

Hikmət Hacıyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - FOTO

End of content

No more pages to load

RADİO