Azərbaycanda iqtisadiyyatın yeni drayverləri - sənaye parkları qeyri-neft sektorunun inkişafında müstəsna əhəmiyyətə malikdir

Prezident İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında bir sıra istehsal müəssisələrinin açılışında və təməlqoyma mərasimlərində iştirakı bu sahəyə ali səviyyədə davamlı diqqətin təzahürüdür. Azərbaycanda iqtisadi inkişafın yeni drayverlərindən birinə çevrilən sənaye parkları bir tərəfdən yerli tələbatın ödənilməsinə töhvə verir, digər tərəfdən qeyri-neft ixracatının artımını şərtləndirir.
 

Statistik məlumatlara əsasən 2025-ci ilin ilk 11 ayında qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 317 milyon dollar olub. Bu da Azərbaycanın qeyri neft-qaz ixracatında 7,3 faiz artım deməkdir. Sözügedən artımda sənaye parkları, eləcə də sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin xüsusi payı danılmazdır.


Belə ki, sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib. Bunun da təqribən üçdəbiri, 6,1 milyard manatlıq hissəsi ixracdır. Diqqət çəkən məqamlardan biri də bazarların diverfikasiyasıdır. Hazırda istehsal olunan məhsullar dünyanın 70-ə qədər ölkəsinə ixrac edilir. Ümumilikdə, qloballaşmanın sürətləndiyi, texnoloji yeniliklərin iqtisadi münasibətləri köklü şəkildə dəyişdirdiyi müasir dövrdə sənaye parkları ölkələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayan əsas mexanizmlərdən biridir. Yəni, istehsal müəssisələrinin bir ərazidə cəmləşdirilməsi, müasir infrastrukturla təmin olunması və biznes mühiti üçün əlverişli şəraitin yaradılması sahibkarlığı təşviq etməklə yanaşı, investisiyaların cəıbi və nəticədə məşğulluğun təmin olunmasında əvəzsiz rol oynayır. Bundan başqa, məlumdur ki, bu parklar iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli məhsul istehsalı və davamlı inkişaf baxımından strateji əhəmiyyət kəsb edir. Sahibkarların hazır infrastruktur, logistika imkanları, enerji və kommunikasiya şəbəkələri ilə təmin olunması eyni zamanda istehsal xərclərini azaldır, biznesin qurulması üçün tələb olunan vaxtı minimuma endirir. Nəticədə:

- Yerli və xarici investorların marağı artır, iqtisadiyyata əlavə kapital axını təmin edilir;

- Birbaşa xarici investisiyaların cəlb edilməsində effektiv vasitə hesab olunur;

- Xüsusilə rəqəmsal iqtisadiyyat dövründə sənaye parkları bilik və innovasiya mərkəzlərinə çevrilir;

- Sənaye parkları ixrac potensialının artırılmasında mühüm rol oynayır. Müasir standartlara cavab verən, keyfiyyətli və rəqabətqabiliyyətli məhsulların istehsalı xarici bazarlara çıxışı asanlaşdırır;

- Daxili təlabatı qarşılayır, nəticədə xarici asılılığın minimuma endirilməsinə töfhə verir.

- Yerləşdiyi ərazilərdə əhaliniin məşğulluğuna müsbət təsiri ilə sosial rifaha xidmət edir və s.

Ölkəmizdə ilk sənaye parkı Prezident İlham Əlyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıtda yaradılıb. Burada neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirilib. Daha sonra Bakı şəhərində Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, logistik imkanlar baxımından əlverişli ərazidə yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılması bu prosesin bütün ölkəni əhatə etməsi ilə nəticələnib. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman əsasında Azərbaycanda Qərb Sənaye Parkının yaradılması isə ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, habelə regionlarda iqtisadi fəallığın və məşğulluğun daha da artırılmasına ciddi təkan verəcək. Qeyd etdiyimiz kimi, sənaye parkları artıq işğaldan azad edilmiş ərazilərimizdə də formalaşır. Sənaye parklarının məşğulluğun artırılmasına mühüm töhfələrini nəzərə alsaq, Ağdam və Cəbrayılda sənaye parklarının yaradılması bərpa prosesində ciddi nailiyyətdir. Müasir dövrdə ekoloji məsələlər də sənaye parklarının fəaliyyətində önəmli yer tutur. Yeni nəsil sənaye parkları ekoloji standartlara uyğun şəkildə fəaliyyət göstərir, yaşıl texnologiyalardan istifadəni təşviq edir. Enerji səmərəliliyi, tullantıların idarə olunması və ətraf mühitin qorunması bu parkların əsas prinsipləri sırasındadır. Bu yanaşma sənayeləşmə ilə ekoloji tarazlıq arasında balansın qorunmasına imkan verir. Beləliklə, neft bazarındakı volatillik, qlobal geo-siyasi risklərin gücləndirdiyini bir vaxtda qeyri neft-qaz ixracatınınn daha da artırılması dayanıqlı iqtisadi inkişaf üçün mühüm önəm kəsb edir. 2026-cı ildə büdcə gəlirlərinin 57 faizi, ümumi daxili məhsulun isə 68 faizi qeyri neft-qaz sektorunun payına düşəcək. Odur ki, ümumi ixracatda da qeri neft-qaz sektorunun payının daha da artırılması yeni dövrün əsas hədəflərindədir. Bütün bunlar fonunda Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasında sənaye parklarının rolunun artırlması prioritet sayılır.

Əlibala Məhərrəmzadə - Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Hindistanda açıq su axarına yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb - VİDEO

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qiymətlər 30 faiz artır - Geciksəniz, daha çox ödəyəcəksiniz

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Qonşumuzda benzinin qiyməti kəskin bahalaşdı - Səbəbi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Azərbaycanlı gənc Polşada vəfat etdi

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Elnarə Xəlilova oğulları ilə - VİDEO

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Pomidoru qabığı ilə zeytun yağında bişirin - Professor səbəbini açıqladı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Rəsmi Kiyevin Trampın Ukraynada yeni prezident seçilməsinə cavabı ləngimədi

Hörmüzdə nəhəng neft tankeri partlayıb

Hörmüzdə nəhəng neft tankeri partlayıb

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu - FOTO

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

Səhraya buraxılan 15 qoyun 35 il sonra imkansızı bacardı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazandı

Pələng gənc oğlanı parçaladı - VİDEO

Pələng gənc oğlanı parçaladı - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

End of content

No more pages to load

RADİO