Qloballaşma şəraitində Ana dilimizin və ədəbiyyatın qorunması ZƏRURƏTİ - “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının ƏSAS HƏDƏFLƏRİ

Texnologiyanın sürətli inkişafı müasir dövrdə mədəniyyətlərin sərhədsiz yayılmasına şərait yaratdı. Bu, bir tərəfdən mədəniyyətlərin inteqrasiyası üçün əlverişli olsa da, digər tərəfdən dominant ölkələrin və dillərin təsiri nəticəsində mədəni kimliyi zəiflədirdi.

Bu baxımdan “Azərbaycan mədəniyyəti konsepsiyası – 2040” milli mədəni irsin qorunaraq beynəlxalq aləmdə tanıdılması istiqamətində tam yerinə və vaxtına düşdü. Konsepsiya yalnız milli mədəniyyətin dəyər kimi qorunmasını deyil, həm də daim yenilənən dünya ilə ayaqlaşmasını təmin edir.
 

MÖVZU İLƏ BAĞLI:

Ana dilimizi nə qədər qoruya BİLMİŞİK?


Konkret olaraq ədəbiyyat sahəsinə nəzər yetirək:

Azərbaycan ədəbiyyatı zəngin keçmişə malik olsa da, hazırda bir sıra problemlərlə üz-üzədir. Müasir dövrdə gənc oxucu auditoriyasının azalması, xarici ədəbiyyatın dominant mövqeyi və ədəbi tənqidin zəifləməsi bu sahədə əsas çətinliklərdəndir. Qloballaşma nəticəsində milli mövzu və dəyərlər arxa plana keçib, yad təsirlər üstünlük təşkil edir.

“Azərbaycan mədəniyyəti konsepsiyası” ədəbiyyatda milli kimliyin yenidən önə çıxarılmasını əsas tutur. Konsepsiyanın mərhələli şəkildə tətbiqi nəticəsində milli mövzulara əsaslanan müasir ədəbi əsərlərin təşviqi, Azərbaycan ədəbiyyatının beynəlxalq ədəbi mühitdə tanıdılması nəzərdə tutulur. Ən vacibi isə hazırda ədəbiyyatda müşahidə olunan pərakəndəliyin qarşısının alınmasıdır.

Bu gün Azərbaycanda çap olunan ən yeni ədəbiyyat və onların tanıtımı fərdi təşəbbüslər sayəsindədir. Bu konsepsiyanin tətbiqi ilə prioritetlər müəyyənləşdikdən sonra yazıçı və nəşriyyat arasında əlaqələndirmə yaradılacaq, kitabların oxuculara tanıdılması və çatdırılması müasir standartlara və beynəlxalq təcrübələrə əsasən müəyyənləşdiriləcək.

Dublaj sadəcə texniki proses deyil

Mədəniyyətin daha bir yaralı yeri sayılan dublyaj qloballaşmanın birbaşa təsirinə məruz qalmış mühüm sahələrdəndir. Hazırda Azərbaycanda dublajın keyfiyyəti, dilin təhrif olunması, emosional uyğunsuzluq, peşəkar kadr çatışmazlığı əsas problemlərdəndir.

Bir çox hallarda xarici filmlər və serialların dublyajı  Azərbaycan dilinin üslubi imkanlarını tam əks etdirmir. Halbuki dublyaj sadəcə texniki proses deyil, incəsənətin yayım vasitəsidir. Sözügedən konsepsiyanın tətbiqi ilə peşəkar dublaj kadrlarının formalaşmasına, ədəbi dil normalarına uyğun, estetik cəhətdən keyfiyyətli dublyajların hazırlanmasına, ən əsası – tamaşaçıda ana dilinə qarşı hörmətin artmasına səbəb olacaq.

Ana dili mədəni dəyər kimi
 

Konsepsiyanın dilçilik sahəsində görüləcək işlərin daha da təkmilləşdirirlməsində əhəmiyyəti çox böyükdür. Qloballaşma şəraitində Azərbaycan dilinə yad dil elementlərinin həddindən artıq daxil olması, xüsusən kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə dil normalarının pozulması son zamanlar xüsusilə ciddi problemə çevrilmişdi. Terminoloji qarışıqlıq yaranıb, danışıq dilinin ədəbi dili sıxışdırması müşahidə olunur.


Konsepsiya dilçilik sahəsində vahid dil siyasətinin formalaşdırılmasına xidmət edəcək. Onun həyata keçirilməsi ilə Azərbaycan dilinin qorunması, terminologiyanın sistemləşdirilməsi sayəsində  elmi və texnoloji sahələrdə ana dilində keyfiyyətli mətnlərin artırılması başlıca məqsədlərdəndir. Bu yanaşma Azərbaycan dilini yalnız ünsiyyət vasitəsi deyil, həm də mədəni dəyər kimi möhkəmləndirəcək.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

End of content

No more pages to load

RADİO