Kafe və restoran sahiblərinə BƏD XƏBƏR

Bu ildən etibarən ictimai iaşə sektorunda fəaliyyət göstərən ƏDV ödəyiciləri göstərdikləri xidmətə görə aldıqları ƏDV-nin yalnız 50%-ni dövlət büdcəsinə ödəyəcəklər.

Vergi eksperti Anar Bayramovun sözlərinə görə, səhiyyə sektorundan sonra bu güzəşt ictimai iaşə müəssisələrinə də şamil olunur:

“İctimai iaşə sektorunda ƏDV ödəyicisi ay ərzində müştərilərdən 18% dərəcə ilə ƏDV alacaq, amma dövlətə onun yalnız 50%-ni ödəyəcək. Bu, vergi ödəyicilərini ƏDV vergi rejimindən yayınmamağa stimullaşdırır və dövriyyələrin şəffaflaşmasına təkan verir”.
 

A.Bayramov həmçinin bildirib ki, ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri 2026-cı il yanvarın 1-dən üç il müddətinə nağdsız ödənişlər üzrə sadələşdirilmiş vergi dərəcəsi 8%-dən 6%-yə endiriləcək. Bunun əsas şərti xidmət haqqının POS-terminal vasitəsilə NKA ilə inteqrasiya olunmasıdır.


Bəs bu güzəşt kiçik və orta iaşə obyektlərinin fəaliyyətinə hansı real iqtisadi təsiri göstərəcək: qiymətlərin azalması, xidmət keyfiyyətinin artması, yoxsa sadəcə vergi yükünün yüngülləşməsi ilə məhdudlaşacaq?

Bizim.Media xəbər verir ki, iqtisadçı Xalid Kərimli musavat.com a bildirib ki, restoran və kafelərdə insanlar hələ də əsasən nağd ödəniş etməyə çalışırlar və kartla ödənişlərdən yayınırlar.

Onun sözlərinə görə, tətbiq olunan üçillik müvəqqəti güzəştin əsas məqsədi kafe və ictimai iaşə sektorunu şəffaf fəaliyyətə dəvət etməkdir. Bu dəyişikliklər dövriyyələrin gizlədilməsinə marağın azalmasına yönəlib və nağdsız dövriyyəni artırmaqla vergi bazasını genişləndirməyi hədəfləyir.
 

X.Kərimli qeyd edib ki, nağdsız dövriyyə üçün nağd ödənişlərlə müqayisədə həm sadələşdirilmiş vergi 8 % dən 6 % yə endirilib, həm də ƏDV nin yalnız 50 % si vergiyə tutulacaq. Məsələn, şirkətin 300 min manatlıq dövriyyəsi varsa və bunun 150 mini nağdsızdırsa, nağdsız hissənin vergi yükü daha aşağı olacaq.


“Əgər iaşə obyekti sadələşdirilmiş vergi rejimi ilə fəaliyyət göstərirsə, nağdsız dövriyyə üzrə sadələşdirilmiş vergi 6 % olmalıdır, 8 % yox. Bu əsas şəffaflığın artmasına səbəb olacaq,” — deyə o vurğulayıb.

Ekspert əlavə edib ki, vergidən yayınmaq üçün dövriyyəni gizlətmək cəhdləri olacaq, lakin nağdsız ödənişlərin təşviqi bu tendensiyanı zəiflədə bilər.

Həmçinin o bildirib ki, vətəndaşların kartla ödəmə hüququ tez tez pozulurdu, indi isə kartla nağdsız ödənişlər bundan sonra stimullaşdırılacaq.

“Bu güzəşt 3 illik müddətə tətbiq edilir. Qiymətlərin düşməsi gözlənilmir, yalnız rəqabət və tələb azaldıqda endirim ola bilər” —iqtisadçı fikrini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Uzun müddət oturmağın zərərini azaltmağın ƏN SADƏ YOLU açıqlandı

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

End of content

No more pages to load

RADİO