“Əli Həsənov mənə casusluq təklif etdi” - Ramin Hacılı

“Əli Həsənovdan ən çox zərərçəkmişlərdən biri mən olmuşam. O zaman o, mənə bir çoxlarına təklif etdiyi kimi, mətbuatda casusu olmağa çağırmışdı. Mən buna razılıq verməyəndə isə, məni şərləməyə, “vurmağa” başladı. Əli Həsənov bütün işlərimin dağılmasında, şərlənib həbs edilməyimdə birbaşa rol oynayan adamdır”.

Bu sözləri siyasi aktivist Ramin Hacılı Bizim.Media-ya danışarkən deyib.

R.Hacılı vaxtı ikən Əli Həsənovdan təzyiqlərə məruz qaldığını deyib. Onun sözlərinə görə, hakimiyyətdən sui-istifadə edən məmurların özbaşınalığı hazırkı cəmiyyətdə ən çox gənclərə təsir edir.

“Əli Həsənov vaxtı ilə söz demək, yaratmaq haqqına da sahib çıxmışdı. Bir zamanlar o, media qurumlarının boz kardinalı idi. Mətbuat hələ də özünə gələ bilmir, bu sahədə də təmizlənməyə ciddi ehtiyac var. Hər bir sahədə islahatlar gedir, mətbuatda da tədricən bu proses getməlidir. Çünki Əli Həsənovun və ya Ramiz Mehdiyevin qoyduğu kadrlar hələ də cəmiyyəti zəhərləməyə davam edirlər. Çünki həmin o məmurlar hələ də dövlət qurumlarında çalışırlar. Bu gün də onlar tərəfindən müxtəlif təxribatlar törədilir”,- deyə o vurğulayıb.

İctimai fəal son zamanlar ölkədə gedən kadr islahatlarından və ciddi reformalardan da danışıb. 

“Həmin o çıxarılan, tutulan məmurlar ciddi şəkildə cəzalanırlar. Həbs olunanlar arasında icra başçıları da var, nazirlikdə çalışan məmurlar da. Bəzi məmurlar kimlərəsə arxalanıb min hoqqadan çıxırlar, ancaq bilmirlər ki, heç kəs heç nədən sığortalanmayıb. Sən axı, kiməsə güvənib niyə qanun pozursan ki, sabah səni tutsunlar? Artıq o dövr bitib. Heç kim dövlət büdcəsinə əl uzada bilməz. Bu o biri məmurlara mesaj olmalıdır. Ancaq bu həbslər də yeganə çıxış yolu deyil. İctimai qınaq olmalıdır ki, bundan kimlərsə özü üçün dərs götürsün. Obyektiv mətbuat inkişaf etməlidir ki, sabah məmur əyri addım atmağa qorxsun. Düşünsün ki, məsələ ictimailəşsə, ciddi araşdırma aparılıb, cəzasını alacaq”.

Sonda o, müasir gənclikdən də söhbət açıb. R.Hacılının sözlərinə görə, 44 günlük müharibə zamanı informasiya müharibəsinin iştirakçılarının əksəriyyətini gənclər təşkil edib.

“Çox mübariz gənclərimiz var, öz ideologiyaları uğrunda vuruşurlar. Bütövlükdə Azərbaycan gəncləri çox mərd davrandı, bütün sosial şəbəkələrdə öz mübarizələrini sona qədər apardılar. Gənclərimizin fəallığı özünü müharibə dövründə daha açıq şəkildə göstərdi. Mən hər zaman demişəm tarixdə ilk cümhuriyyəti quran, bu ideaları genetikasında daşıyan, yaltaqlığa yaxşı münasibət bəsləməyən xalq pis ola bilməz, sadəcə, bizə bacarıqsız olduğumuzu təlqin etmişdilər. Bu savaş hər pazlı öz yerinə qoydu”,- deyə o, sözlərini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

End of content

No more pages to load

RADİO