Dişimiz ağrıyanda stomatoloqa, yoxsa psixoloqa GEDƏK? ­– Maraqlı HƏQİQƏTLƏR

Ağrıyanda yeməkdən çox əsəbləri yeyən dişlər sadəcə verdiyi narahatlığa görə insanın psixikasını pozmur. Elə əvvəldən psixi travmalarla bağlı imiş. Bu üsyankar "sümük parçaları"ı  insandan təkcə gigiyena və yeməyə deyil, həyat tərzinə və problemlərə baxışına da dəyişiklik etməyi tələb edir.
 

Belə bildirilir ki, diş problemləri adətən qərarsız, özünə yer tapa bilməyən insanlarda özünü göstərir. Üst çənədəki dişlər insanın xaricən özünü göstərmək və ya ifadə etmək istəyidir.


Alt çənədəki dişlər emosional tarazlığın pozulmasından sızıldamağa başlayır. Kəsici dişlər valideynlərinizlə olan bağlarınızla əlaqədardır. Bu dişlərdəki problem pozulmuş əlaqələrə, sevgisizliyə, anlaşılmazlığa dəlalət edir.

Maraqlıdır, dişin mənəviyyatla nə əlaqəsi? Doğrudanmı dişimiz ağrıyanda stomatoloqa yox, psixoloqa getməliyik?

Stomatoloq Naib Bayramov Bizim.Media-ya açıqlamasında bildirdi ki, ümumiyyətlə psixoloji durumun insanın ümumi orqanizminə təsir etdiyi, hər hansı orqanı tədricən sıradan çıxarıb xəstəliklərə səbəb olduğu məlumdur, amma konkret olaraq dişin bir şəxsin həyat hekayəsi ilə bağlılığı inandırıcı deyil:

“Bu, simvolik və psixosomatik yanaşmadır, tibbi diaqnoz deyil, yəni elmi əsasları yoxdur. Sadəcə bəzi psixoloji gərginlik zamanı insan mütəmadi olaraq dişini sıxır.  Hətta deyim var: “Dişini sıxıb dözmək”. Amma bu,  emosiyaların idarə olunması, qəzəbin içəridə boğulmasını əks etdirir.
 

Bundan başqa, bruksizm var – insanlar arasında yuxuda diş qıcırdatma kimi tanınır. Çox vaxt narahatlıq və stresslə bağlı olur və vərdişə çevrilir.


Bu problemlər həyatdakı uzunmüddətli psixoloji yüklə üst-üstə düşə bilər. Belə olduqda stomatoloqla yanaşı, psixoloq da kömək edə bilər. Amma əgər diş çürüyübsə, bu, psixi travma deyil, bakteriyadır. Diş həkimi müayinə və müalicə etməlidir”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropada REKORD İSTİLƏR - Asfalt örtük çatladı, relslər əyildi

Avropada REKORD İSTİLƏR - Asfalt örtük çatladı, relslər əyildi

Hansı kərə yağı daha yaxşıdır? - 72,5%, yoxsa 82,5%?

Hansı kərə yağı daha yaxşıdır? - 72,5%, yoxsa 82,5%?

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Damar yolu ilə köçürülən serumlarda təhlükə aşkarlandı – ARAŞDIRMA

Damar yolu ilə köçürülən serumlarda təhlükə aşkarlandı – ARAŞDIRMA

İçərişəhərdəki tədbir havaya görə TƏXİRƏ SALINDI

İçərişəhərdəki tədbir havaya görə TƏXİRƏ SALINDI

Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO

Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO

Dərnəgül yolunda dəhşətli hadisə - VİDEO

Dərnəgül yolunda dəhşətli hadisə - VİDEO

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Azərbaycan XİN Cibutini təbrik etdi – FOTO

Azərbaycan XİN Cibutini təbrik etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Cəlilabadda ev yanaraq kül oldu

Cəlilabadda ev yanaraq kül oldu

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

27 iyunun ulduz falı — Maliyyə baxımından uğurlu gündür

27 iyunun ulduz falı — Maliyyə baxımından uğurlu gündür

"Şərab müharibəsi"nin qalibi o oldu

"Şərab müharibəsi"nin qalibi o oldu

Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO

Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO

Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil oldu

Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil oldu

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini AÇIQLADI

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini AÇIQLADI

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında su sirki şousunu izlədilər – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında su sirki şousunu izlədilər – FOTO

Şirkətlər iflas edir, yüz minlərlə işçi ixtisar olunur - Almaniya iqtisadiyyatının ACI MƏNZƏRƏSİ

Şirkətlər iflas edir, yüz minlərlə işçi ixtisar olunur - Almaniya iqtisadiyyatının ACI MƏNZƏRƏSİ

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında – FOTO

"Avroviziya" təmsilçilərimiz illər sonra belə barışıblar

"Avroviziya" təmsilçilərimiz illər sonra belə barışıblar

End of content

No more pages to load

RADİO