Gələn il vizasız gedəcəyimiz ölkələr - SİYAHI

2025-ci ildə Azərbaycan üçün diqqətçəkən diplomatik yeniliklərdən biri viza rejiminin ləğvi ilə bağlı qərarlar oldu. Prezident İlham Əliyevin apreldə Çinə dövlət səfəri zamanı imzalanan və 16 iyuldan qüvvəyə minən sazişə əsasən, Azərbaycan və Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları 180 günlük dövr ərzində ümumilikdə 90 gündən, hər səfər üzrə isə 30 gündən çox olmamaq şərti ilə vizadan azad edilib.

Bu qərar Azərbaycan üçün səyahət imkanlarının genişlənməsi ilə yanaşı, iqtisadi, turizm və humanitar əlaqələrin yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır.
 

Hazırda Azərbaycan vətəndaşları üçün vizasız gediş-gəliş rejimi ümumilikdə 22 ölkəni əhatə edir və bu imkan pasportun növünə, səfərin müddətinə və rejimin qarşılıqlı və ya birtərəfli tətbiq olunmasına görə bir neçə kateqoriya üzrə formalaşıb.


Mövcud dövlətlərarası sazişlərə əsasən, I qrup üzrə bir sıra ölkələrlə yalnız diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejim tətbiq olunur. II qrupda isə ümumvətəndaş, diplomatik və xidməti pasportlara malik Azərbaycan vətəndaşlarının 16 ölkəyə əsasən 30 və ya 90 gün müddətində, bəzi hallarda isə 180 günlük dövr çərçivəsində viza almadan səfər etməsi mümkündür. Bundan əlavə, III qrup üzrə 6 ölkə Azərbaycan vətəndaşları üçün birtərəfli qaydada vizasız giriş imkanı yaradıb.

Gələn ildən də bir sıra ölkələr arasında viza rejiminin ləğvi təsdiqlənəcək.

Bizim.Media Modern.az-a istinadən xəbər verir ki, artıq bir sıra ölkə ilə qarşılıqlı vizadan azad etmə sahəsində ilkin etablar bu il tamamlanıb.

Belə ki, Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş 24 sentyabr 2025-ci ildə Nyu-York şəhərində imzalanıb. Daha sonra saziş Milli Məclisdə ratifikasiya edilib.

Qeyd edək ki, Azərbaycan və Maldiv arasındakı sözügedən beynəlxalq müqavilə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin təşviq edilməsi məqsədini daşıyır, bunun üçün vətəndaşların qarşılıqlı gediş-gəlişinin sadələşdirilməsi ilə bağlı hüquqi əsas yaradır.
 

Sazişə əsasən, Azərbaycan Respublikasının və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları qarşı tərəfin dövlətinin ərazisinə viza tələbi olmadan səfər edə bilər və orada 90 gün müddətədək qala bilərlər. Ümumvətəndaş pasportunun etibarlılıq müddəti (digər Tərəfin Dövlətinin ərazisinə giriş tarixindən sonra) ən azı 180 gün olmalıdır.


Sazişin qüvvəyə minməsi üçün tərəflər zəruri dövlətdaxili prosedurlarını tamamlamalı və bu barədə bir - birlərinə diplomatik kanallarla nota təqdim etməlidirirlər. Məhz sonuncu diplomatik bildirişin alındığı tarixdən 30 gün sonra Saziş tətbiq edilməyə başlayacaq.

Eyni zamanda, bu il Milli Məclisdə qarşılıqlı vizadan azad olma ilə bağlı 8 saziş təsdiqlənib.

Belə ki, Azərbaycan və Şimali Makedoniya hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin ləğv edilməsi haqqında bu ilin mart ayında xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski saziş imzalanıb. Saziş daha sonra Milli Məclisdə ratifikasiya edilib.
 

Dekabrın 23-də isə “Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunun layihəsi Milli Məclisdə müzakirə edildikdən sonra qəbul edilib.


Bundan başqa il ərzində parlamentdə daha 6 ölkə ilə vizadan qarşılıqlı azad etmə ilə bağlı saziş imzalanıb. Bu ölkələr arasında Anqola, Bəhreyn Krallığı, Cibuti, Dominika, Qvineya-Bisau və Surinam Respublikası daxildir. Bu ölkələr arasında bağlanan sazişlərdə diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neft hazırda hansı qiymətə satılır?

Neft hazırda hansı qiymətə satılır?

Elşad Qarayevin vəsiyyəti - Video

Elşad Qarayevin vəsiyyəti - Video

Altı zolaqdan gələn avtomobillər bir zolağa sığmağa çalışır – “Şirin dairəsi”ndən ŞİKAYƏT – VİDEO

Altı zolaqdan gələn avtomobillər bir zolağa sığmağa çalışır – “Şirin dairəsi”ndən ŞİKAYƏT – VİDEO

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

239 nəfərlə yoxa çıxan təyyarə ilə bağlı yeni qərar

239 nəfərlə yoxa çıxan təyyarə ilə bağlı yeni qərar

Ukraynadan Moskvaya növbəti dron hücumu – VİDEO

Ukraynadan Moskvaya növbəti dron hücumu – VİDEO

Bakının bəzi əraziləri işıqsız qalacaq – SİYAHI

Bakının bəzi əraziləri işıqsız qalacaq – SİYAHI

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi – Video

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi – Video

ChatGPT Rusiya daxilində yaranacaq beş dövlətin adını çəkib

ChatGPT Rusiya daxilində yaranacaq beş dövlətin adını çəkib

23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə VƏFAT ETDİ

23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə VƏFAT ETDİ

DÇ-2026: Paraqvay Almaniyanı məğlub edərək 1/8 finala yüksəldi – VİDEO

DÇ-2026: Paraqvay Almaniyanı məğlub edərək 1/8 finala yüksəldi – VİDEO

Uitkoff İranla danışıqlar üçün Qətərə GETDİ

Uitkoff İranla danışıqlar üçün Qətərə GETDİ

DÇ-2026: Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırdı - VİDEO

DÇ-2026: Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırdı - VİDEO

Monakoda güclü partlayış: Xəsarət alanlar var – VİDEO

Monakoda güclü partlayış: Xəsarət alanlar var – VİDEO

Maqnit qasırğası yaxınlaşır- XƏBƏRDARLIQ

Maqnit qasırğası yaxınlaşır- XƏBƏRDARLIQ

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Ürəyi ən təmiz 5 BÜRC

Ürəyi ən təmiz 5 BÜRC

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

End of content

No more pages to load

RADİO