Monako Knyazlığında güclü partlayış baş verib, üç nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə “France-Presse” (AFP) agentliyi knyazlıq hökumətinə istinadla məlumat yayıb.
Məlumata görə, xəsarət alanlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
BFMTV telekanalının yaydığı məlumata əsasən, partlayış naməlum şəxsin Rue Reverend-Père-Louis-Follat küçəsində çanta qoymasından sonra baş verib. Hadisədən sonra şübhəli şəxs ərazidən qaçıb.
Hadisənin səbəbləri araşdırılır, hüquq-mühafizə orqanları şübhəlinin axtarışını davam etdirirlər.
Bizim.Media