Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir

Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik etmək tələbi siyasi təzyiq amili deyil, sülh müqaviləsinin davamlı və etibarlı olması üçün hüquqi zəmini təmin etmək baxımından zəruri şərtdir.

Bizim.Media xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyənin Karabük Univesitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru Ali Asker söyləyib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın konstitusiyada beynəlxalq müqavilələrin ratifikasiyasına mane olacaq hüquqi ziddiyyətin olmadığı barədə iddiasının real hüquqi mexanizmlərə uyğun gəlmədiyini vurğulayan türkiyəli professor hazırkı redaksiyanın gələcəkdə sülh müqaviləsinin ratifikasiyası üçün ciddi hüquqi risklər daşıdığını qeyd edib.

O bildirib ki, Nikol Paşinyanın konstitusiya ilə bağlı arqumenti yalnız mətnin səthi oxunuşuna əsaslanır, Azərbaycanın tələbləri isə real və əsaslıdır.

“Preambuladakı istinadlar mövcudluğunu qoruduqca Ermənistanın gələcəkdə ərazi iddialarını yenidən gündəmə gətirməyəcəyinə heç kim təminat verə bilməz”, - deyə professor qeyd edib.
 

A.Askerin sözlərinə görə, konstitusiya hüququnun əsas prinsipləri, Ermənistan Konstitusiya Məhkəməsinin presedentləri və beynəlxalq müqavilələrin daxili hüquqa uyğunluğu kimi məsələlər nəzərə alındıqda, Ermənistan rəhbərliyinin açıqlamalarının hüquqi reallığı əks etdirmədiyi aşkar görünür:


“N.Paşinyanın arqumentindəki əsas boşluq Konstitusiyanın Preambula hissəsinin sırf siyasi deklarasiya kimi təqdim olunmasıdır. Halbuki Ermənistan Konstitusiya Məhkəməsi öncəki illərdə qəbul etdiyi qərarlarla Preambula hissəsini normativ hüquqi mənbə kimi tanıyıb, habelə onu konstitusiyanın mahiyyətini və hüquqi istiqamətini müəyyən edən əsas tərkib hissəsi hesab edib”.

Türkiyəli hüquqşunas qeyd edib ki, bunu dünya ölkələrinin konstitusiya praktikasında da görmək mümkündür. Bu baxımdan preambulada yer alan hər bir istinad – xüsusilə də 1989-cu il tarixli Ermənistan Müstəqillik Bəyannaməsinə edilən istinad – hüquqi qüvvəyə malikdir və Ermənistanın hüquq hafizəsində ərazi iddiası kimi məzmunu qoruyub saxlayır.

Mütəxəssis Ermənistan Müstəqillik Bəyannaməsinin sırf tarixi-siyasi sənəd olması ilə bağlı iddiaları da qeyd edib:

“Ermənistanın hüquq sistemində bu sənəd dövlətin hüquqi özünütəsdiqinin əsas norması hesab edilir və əsas mənbələrdən qəbul olunub. Bəyannamə mətnində isə 1989-cu il “Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsi” haqqında sənəd qorunur. Bu qərar SSRİ Konstitusiyasının 78-ci maddəsinə zidd olduğuna görə hüquqi qüvvəyə malik olmasa da, Ermənistan onu konstitusiyanın elementi kimi saxlamaqda davam edir. Beləliklə, gələcəkdə revizionist iddiaların hüquqi müstəviyə qaytarılması üçün zəmin yaranır və Azərbaycan üçün real təhlükə kəsb edir”.
 

Karabük Univesitetinin professoru, həmçinin N.Paşinyanın beynəlxalq müqavilələrin üstünlüyü barədə arqumentini normativ hüquq baxımından yanlış hesab edir. Belə ki, Ermənistan Konstitusiyasının 5-ci maddəsinə görə beynəlxalq müqavilələr yalnız qanunlara nəzərən üstünlüyə malikdir; Konstitusiyanın özünə münasibətdə belə üstünlük tətbiq edilə bilməz.


A. Asker xatırladıb ki, Ermənistan Konstitusiya Məhkəməsinin presedent mahiyyətli qərarlarına əsasən, Konstitusiyaya zidd olan beynəlxalq sənədlər ratifikasiya edilə bilməz və bu ziddiyyət aradan qaldırılmadan qərarın tətbiq olunması hüquqi cəhətdən qeyri-mümkündür. Ona görə də Preambuladakı müvafiq istinadlar dəyişdirilmədən sülh müqaviləsinin ratifikasiyası hüquqi baxımdan əlçatan və təhlükəsiz mexanizm olmayacaq.

“Konstitusiya mətni ideoloji, tarixi və normativ funksiyaları prizmasından böyük əhəmiyyət kəsb edir. Ermənistan Konstitusiyasının Preambulasında Müstəqillik Bəyannaməsi ilə 1989-cu il qərarının yanaşı qeyd olunması, ölkənin uzunmüddətli hüquqi yönümünün ərazi dəyişikliyi ideyasına açıq saxlandığını göstərir. Bu isə beynəlxalq hüquqda “konstitusional revizionizm” kimi tanınan və regional təhlükəsizlik mühitini ciddi şəkildə sarsıtma potensialı daşıyır”, - deyə A. Asker davam edib. Onun fikrincə, beynəlxalq hüquq praktikası da bunu təsdiqləyir.

“İrlandiyanın 1998-ci ildə Konstitusiyasını dəyişdirməsi, Balkan ölkələrinin postmünaqişə hüquqi harmonizasiya prosesləri və Şərqi Avropanın demokratik keçid dövründəki konstitusion islahatları göstərir ki, sülhün təminatı üçün ərazi iddiası yaradan müddəaların konstitusiyalardan çıxarılması normal, legitim və əxlaqi yanaşmadır”, - deyə ekspert vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

End of content

No more pages to load

RADİO