"Yanar dağ" qoruğunun yaxınlığında metan qazı AŞKARLANDI - FOTO

Abşeron rayonu, Məmmədli qəsəbəsi, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazı (CH4) aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 

Qeyd olunub ki, ilkin olaraq FHN, "Azəriqaz" İstehsalat Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib edilib.


Müayinə zamanı sözügedən ünvanda yerləşən fərdi yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şulf üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılıb və metan qazı (CH4) aşkarlanıb.

Bu səbəbdən mümkün partlayış-yanğın hadisələrinin qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılıb.
 

Aparılmış müayinələr zamanı aşkar edilmiş nəticələrin partlayış-yanğın təhlükəli olduğunu nəzərə alaraq, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, FHN, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin, SOCAR və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb.


İşçi qrupunun aşkarlanan qazın mənbəyinin və tərkibinin müəyyən edilməsi, zəruri tədbirlərin görülməsi məqsədilə hazırda ərazidə kompleks işlər həyata keçirilir.

Qısa müddətdə araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Fermerlərin DİQQƏTİNƏ – Təsərrüfatda istifadə edilən suyun həcmi belə hesablanacaq

Fermerlərin DİQQƏTİNƏ – Təsərrüfatda istifadə edilən suyun həcmi belə hesablanacaq

Gecəni su basmış studiyada keçirdi - Video

Gecəni su basmış studiyada keçirdi - Video

Rusiyadan Kropivnitskiyə kütləvi PUA hücumu: Ölənlər və yaralananlar var – FOTO

Rusiyadan Kropivnitskiyə kütləvi PUA hücumu: Ölənlər və yaralananlar var – FOTO

Bu evlərə kupça verilməyəcək

Bu evlərə kupça verilməyəcək

Ceyhun Bayramov çinli həmkarı ilə nəyi müzakirə etdi? - FOTO

Ceyhun Bayramov çinli həmkarı ilə nəyi müzakirə etdi? - FOTO

Konfrans Liqasında Liqa mərhələsi start götürür

Konfrans Liqasında Liqa mərhələsi start götürür

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Bakıda 20 yaşlı oğlan bıçaqlandı

Bakıda 20 yaşlı oğlan bıçaqlandı

Bakıda tozlu hava nə vaxtadək davam edəcək?

Bakıda tozlu hava nə vaxtadək davam edəcək?

Türkmənistan Prezidenti Azərbaycana gəldi

Türkmənistan Prezidenti Azərbaycana gəldi

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq – SİYAHI

SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq – SİYAHI

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

40-dan çox təyyarə İstanbula enə bilmədi – Qasırğa şəhəri İFLİC EDİB

40-dan çox təyyarə İstanbula enə bilmədi – Qasırğa şəhəri İFLİC EDİB

Vəfat edən şəxsin kommunal borclarını kim ödəməlidir? – HÜQUQİ İZAH

Vəfat edən şəxsin kommunal borclarını kim ödəməlidir? – HÜQUQİ İZAH

"Qiyamət günü"nün tarixi açıqlandı: Bəşəriyyət necə məhv ola bilər?

"Qiyamət günü"nün tarixi açıqlandı: Bəşəriyyət necə məhv ola bilər?

Çempionlar Liqası: "Fənərbağça" darmadağın oldu - VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın oldu - VİDEO

Tramp: “Kanada ABŞ-ın 51-ci ştatına çevriləcək, yeganə yol budur”

Tramp: “Kanada ABŞ-ın 51-ci ştatına çevriləcək, yeganə yol budur”

Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd SAXTADIR - FOTO

Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd SAXTADIR - FOTO

Vətən müharibəsinin xronikası: 15 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr – VİDEO

“Arsenal” kütləvi ixtisarlar edə bilər

“Arsenal” kütləvi ixtisarlar edə bilər

İşə girdiyi günün səhəri pulları apardı - Bakıda mağazada OĞURLUQ

İşə girdiyi günün səhəri pulları apardı - Bakıda mağazada OĞURLUQ

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO