Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

İşə başlama saatı əmək məhsuldarlığına və işin keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. Erkən saatlarda işə başlamaq hər zaman daha səmərəli işləmək demək deyil. Yuxu çatışmazlığı, yorğunluq və yolda sərf olunan vaxt həm işçilərin fəaliyyətinə, həm də ümumi iqtisadi səmərəliliyə təsir edə bilər.

Bizim.Media xəbər verir ki, hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova "Bakupost.az"a bildirib ki, işçinin daha erkən işə  başlaması avtomatik olaraq onun daha məhsuldar olması demək deyil. 

Diqqət çatışmazlığı və zehni yorğunluq məhsuldarlığı azaldan əsas amillərdəndir. Nəticədə işçi eyni vaxt ərzində daha az keyfiyyətli iş görə bilər.

İqtisadçının sözlərinə görə, işçilərin eyni vaxtda yola çıxması pik saatlarda tıxacları da gücləndirir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2022-ci il hesabatında da çevik iş qrafikinin məşğulluğa müsbət təsir göstərə biləcəyi vurğulanır.

Vüsalə Əhmədova qeyd edib ki, çevik iş qrafiki işçinin müəyyən edilmiş iş saatı normasını qorumaqla işə başlama və bitirmə vaxtını seçməsinə imkan verən modeldir. Bu, iş saatlarının azaldılması demək deyil. Məqsəd işin nəticəsini qorumaqla iş vaxtını və ya iş yerini daha səmərəli təşkil etməkdir.

İqtisadçı çevik iş rejiminin bir neçə formasının olduğunu bildirib.

Bunlara "flextime" - işə başlama və bitirmə saatını müəyyən həddə qədər işçinin seçməsi, hibrid iş modeli - həftənin müəyyən günlərində ofisdə, digər günlərində evdən işləmək, məsafədən iş və sıxılmış iş həftəsi daxildir. Bu modellərdə həftəlik iş saatı dəyişməyə bilər, lakin işin təşkili fərqli formada qurulur.

Onun sözlərinə görə, bu modelləri bütün sahələrdə eyni dərəcədə tətbiq etmək mümkün deyil. İnformasiya texnologiyaları, bank və maliyyə, sığorta, marketinq və reklam, media, hüquq və konsaltinq, mühasibatlıq, onlayn təhsil və təlim kimi sahələr çevik iş rejimi üçün daha əlverişlidir. İstehsalat, tikinti, kənd təsərrüfatı, nəqliyyat, səhiyyənin bir çox sahələri, polis, hərbi və fövqəladə xidmətlərdə isə bu rejimin tətbiqi daha çətin ola bilər. Çünki həmin sahələrdə onsuz da növbəli iş rejimindən istifadə edilir.

Vüsalə Əhmədova əlavə edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-90-cı maddələrinə əsasən, normal iş vaxtı, ümumi qayda olaraq, gündə 8 saatdan, həftədə isə 40 saatdan artıq müəyyən edilə bilməz. Məcəllənin 95-ci maddəsinə görə, iş vaxtının başlanması və başa çatması, fasilələr və iş rejiminin digər elementləri daxili intizam qaydaları, əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Bu müddəalar çərçivəsində işəgötürənlər müvafiq hüquqi tələblərə əməl etməklə iş saatlarını uyğunlaşdıra bilərlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Fermerlərin DİQQƏTİNƏ – Təsərrüfatda istifadə edilən suyun həcmi belə hesablanacaq

Fermerlərin DİQQƏTİNƏ – Təsərrüfatda istifadə edilən suyun həcmi belə hesablanacaq

Gecəni su basmış studiyada keçirdi - Video

Gecəni su basmış studiyada keçirdi - Video

Rusiyadan Kropivnitskiyə kütləvi PUA hücumu: Ölənlər və yaralananlar var – FOTO

Rusiyadan Kropivnitskiyə kütləvi PUA hücumu: Ölənlər və yaralananlar var – FOTO

Bu evlərə kupça verilməyəcək

Bu evlərə kupça verilməyəcək

Ceyhun Bayramov çinli həmkarı ilə nəyi müzakirə etdi? - FOTO

Ceyhun Bayramov çinli həmkarı ilə nəyi müzakirə etdi? - FOTO

Konfrans Liqasında Liqa mərhələsi start götürür

Konfrans Liqasında Liqa mərhələsi start götürür

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Bakıda 20 yaşlı oğlan bıçaqlandı

Bakıda 20 yaşlı oğlan bıçaqlandı

Bakıda tozlu hava nə vaxtadək davam edəcək?

Bakıda tozlu hava nə vaxtadək davam edəcək?

Türkmənistan Prezidenti Azərbaycana gəldi

Türkmənistan Prezidenti Azərbaycana gəldi

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq – SİYAHI

SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq – SİYAHI

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

40-dan çox təyyarə İstanbula enə bilmədi – Qasırğa şəhəri İFLİC EDİB

40-dan çox təyyarə İstanbula enə bilmədi – Qasırğa şəhəri İFLİC EDİB

Vəfat edən şəxsin kommunal borclarını kim ödəməlidir? – HÜQUQİ İZAH

Vəfat edən şəxsin kommunal borclarını kim ödəməlidir? – HÜQUQİ İZAH

"Qiyamət günü"nün tarixi açıqlandı: Bəşəriyyət necə məhv ola bilər?

"Qiyamət günü"nün tarixi açıqlandı: Bəşəriyyət necə məhv ola bilər?

Çempionlar Liqası: "Fənərbağça" darmadağın oldu - VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın oldu - VİDEO

Tramp: “Kanada ABŞ-ın 51-ci ştatına çevriləcək, yeganə yol budur”

Tramp: “Kanada ABŞ-ın 51-ci ştatına çevriləcək, yeganə yol budur”

Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd SAXTADIR - FOTO

Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd SAXTADIR - FOTO

Vətən müharibəsinin xronikası: 15 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr – VİDEO

“Arsenal” kütləvi ixtisarlar edə bilər

“Arsenal” kütləvi ixtisarlar edə bilər

İşə girdiyi günün səhəri pulları apardı - Bakıda mağazada OĞURLUQ

İşə girdiyi günün səhəri pulları apardı - Bakıda mağazada OĞURLUQ

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO