Abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 15-də Bakıda və bir sıra rayon elektrik şəbəkələrində təmir işləri aparılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərşıq” ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində görüləcək təmir işləri zamanı Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Mirəli Seyidov, Nəriman Nərimanov küçələri və İnşaatçılar prospektinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xəzər RETSİ-nə daxil olan Albalılıq və Binə Atçılıq yaşayış massivləri, Buzovna qəsəbəsi, Abşeron küçəsinin bəzi ərazilərində 35/6 kV-luq 491 saylı yarımstansiyada həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq ikidövrəli "Masazır-1" və "Masazır-2" hava xətləri üzrə elektrik naqilləri yenilənəcək. Yenidənqurma işləri ilə əlaqədar saat 11:00-dan 16:00-dək 10 May küçəsi və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində yerləşən bir sıra yaşayış məntəqələrində enerjinin verilişi məhdudlaşdırılacaq.
Ağdaşda bir sıra 10 kV-luq hava xətlərində görüləcək təmir işləri zamanı şəhər ərazisində Ağalı, Arif Heydərov, Fariz Səfərov, Məhəmməd Füzuli, Müşfiq İsayev, Nəriman Nərimanov küçələri, Heydər Əliyev prospekti, həmçinin rayonun Birinci Aral, Əmirarx, Güvəkənd, Xosrov, İkinci Aral, Qulbəndə, Orta Qəsil, Sadavat, Şəmsabad, Şordəhnə, Yuxarı Ləki kəndlərinin bir hissəsində saat 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Yevlaxın Aşağı Salamabad, Bəydili, Əcəmi, Gülövşə, Qoyunbinəsi, Yuxarı Salamabad kəndlərinin bəzi ərazilərində 110/35/6 kV-luq "Mingəçevir" yarımstansiyasından çıxan 6 kV-luq fiderdə, eləcə də 10 kV-luq hava xəttində icra ediləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Təmir işləri 110/35/6 kV-luq "Mingəçevir" yarımstansiyasını da əhatə edəcək. Beləliklə, saat 09:00-dan 11:00-dək planlı fasilə Mingəçevirdə 20 Yanvar, Aydın Məmmədov, Hacı Zeynalabidin Tağıyev, Heydər Əliyev, Müslüm Maqomayev, Şah İsmayıl Xətai küçələrinə şamil olunacaq.
Cəlilabadda 35 kV-luq "Cəlayir" hava xəttində yerinə yetiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 12:00-dək Buravar, Kövüzbulaq, Ləkin, Zəhmətabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişi məhdudlaşdırılacaq.
Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, həmçinin artan yük tələbatının qarşılanmasına xidmət edəcək.
Bizim.Media