Duz da BAHALAŞACAQ?

Son zamanlar sosial mediada “Naxçıvan duzunun qiyməti bahalaşacaq” iddiaları yayılıb. Ən ucuz ərzaq məhsullarından sayılan duzun belə bahalaşması xəbəri ictimaiyyətdə narahatlıq yaradıb.

Bəs, duz bazarında doğrudan da bahalaşma tendensiyası müşahidə olunurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Cavadxan Qasımov bildirib ki, duzun qiymətinin uzun müddət stabil qalmasının əsas səbəbi onun istehsal strukturunun sadə və xərclərinin aşağı olması ilə bağlıdır:

 “Duz digər ərzaq məhsulları kimi kənd təsərrüfatına, heyvandarlığa və ya toxum istehsalına bağlı deyil. O, birbaşa təbii yataqlardan çıxarılan məhsuldur və emal prosesi çox sadədir. Bu səbəbdən istehsal xərcləri də sabit qalır. Həmçinin duzun istehlak səviyyəsi ailələrdə dəyişmir, hər evdə gündəlik eyni miqdarda istifadə olunur. Bu da bazarda qiymət dəyişkənliyini azaldan amildir”.

Ekspert əlavə edib ki, daxili istehsalın mövcudluğu və idxalın az olması qiymətlərin sabit qalmasına uzun müddət kömək edib. Lakin son zamanlar bahalaşma ehtimalını artıran müəyyən faktorlar yaranıb:

“Əgər idxal xərcləri və logistika qiymətləri artsa, bu, duzun maya dəyərinə təsir edə bilər. Eyni zamanda, enerji və nəqliyyat xərclərinin yüksəlməsi, ehtiyatların azalması da qiymət artımına səbəb ola bilər. Duzun qiyməti uzun müddət dəyişmədiyinə görə, bəzi istehsalçılar artıq xərcləri əks etdirmək üçün qiymətləri tənzimləməyə meyilli ola bilər”.

Qasımovun sözlərinə görə, hazırda bahalaşma “qaçılmaz” olmasa da, qlobal və daxili iqtisadi faktorlar duz bazarına da təsirsiz ötüşmür.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ən gəlirli peşələr AÇIQLANDI – SİYAHI

Azərbaycanda ən gəlirli peşələr AÇIQLANDI – SİYAHI

Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar

Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar

Kevin Medina bu kluba KEÇDİ

Kevin Medina bu kluba KEÇDİ

Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı – VİDEO

Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı – VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərildi – FOTO/VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərildi – FOTO/VİDEO

Pezeşkian Paşinyanla GÖRÜŞDÜ - FOTO- VİDEO

Pezeşkian Paşinyanla GÖRÜŞDÜ - FOTO- VİDEO

Emin Talıbova yüksək VƏZİFƏ VERİLDİ

Emin Talıbova yüksək VƏZİFƏ VERİLDİ

Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı

Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı

Pakistanda avtobus dərəyə AŞDI: 40 ölü, 8 yaralı var - FOTO

Pakistanda avtobus dərəyə AŞDI: 40 ölü, 8 yaralı var - FOTO

Paraqvaya məğlubiyyətə görə İSTEFAYA GÖNDƏRİLDİ

Paraqvaya məğlubiyyətə görə İSTEFAYA GÖNDƏRİLDİ

“İzləyici sayı peşəkarlığın ölçüsü deyil” - Deputat saxta ekspertlərdən danışdı

“İzləyici sayı peşəkarlığın ölçüsü deyil” - Deputat saxta ekspertlərdən danışdı

General təqaüdə göndərildi

General təqaüdə göndərildi

İlham Əliyevdən Aleksandr Lukaşenkoya MƏKTUB

İlham Əliyevdən Aleksandr Lukaşenkoya MƏKTUB

Abşeron çimərliyinə çəyirtkə axını - VİDEO

Abşeron çimərliyinə çəyirtkə axını - VİDEO

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı SAXLANILDI

Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı SAXLANILDI

Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar tikilir – FOTO

Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar tikilir – FOTO

Könüllülər üçün icbari sığorta haqqının ÖDƏNİLMƏ QAYDASI müəyyən edilir

Könüllülər üçün icbari sığorta haqqının ÖDƏNİLMƏ QAYDASI müəyyən edilir

Sığorta ödənişləri ilə bağlı YENLİK – Qaydalar dəyişir

Sığorta ödənişləri ilə bağlı YENLİK – Qaydalar dəyişir

Bakıda 79 yaşlı kişi yıxılaraq həyatını itirdi

Bakıda 79 yaşlı kişi yıxılaraq həyatını itirdi

Ukraynadan Belqoroda kütləvi RAKET HÜCUMU – Şəhər susuz, işıqsız qaldı – VİDEO

Ukraynadan Belqoroda kütləvi RAKET HÜCUMU – Şəhər susuz, işıqsız qaldı – VİDEO

Bakıda DƏLƏDUZLUQ: Dövlət torpaqlarını zəbt edib satan 11 nəfər TUTULDU – ADLAR

Bakıda DƏLƏDUZLUQ: Dövlət torpaqlarını zəbt edib satan 11 nəfər TUTULDU – ADLAR

Sabitlik, Zəfər və inkişafın SİYASİ FORMULU

Sabitlik, Zəfər və inkişafın SİYASİ FORMULU

Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 30 nəfərə çatdı – FOTO

Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 30 nəfərə çatdı – FOTO

End of content

No more pages to load

RADİO