Azər Maqsudova HÖKM OXUNDU

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirlən Azər Maqsudovun 3 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm elan edilib.
 

Hökmə əsasən, təqsirləndirilən şəxs nəqliyyat vasitəsini 1 il idarəetmə hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssiəsində çəkəcək.


Məhkəmə qaldırılan mülki iddianı baxılmamış saxlayıb.

Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məntəqətipli cəzaçəkmə müəssisəsindən qeydiyyatdan keçənədək dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, yol qəzası 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.

Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib.
 

A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.


Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

Anar Bayramovdan yeni TƏYİNAT

Anar Bayramovdan yeni TƏYİNAT

“Bavariya”dan 55 milyonluq transfer

“Bavariya”dan 55 milyonluq transfer

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

Almanlar Kloppla danışıqlara başladı

Almanlar Kloppla danışıqlara başladı

Şahbaz Şərif Türkiyəyə səfər edəcək

Şahbaz Şərif Türkiyəyə səfər edəcək

Tramp özünü İsrailin ən yaxşı prezidenti ADLANDIRDI

Tramp özünü İsrailin ən yaxşı prezidenti ADLANDIRDI

Zeynəb Həsəni dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntüləndi – VİDEO

Zeynəb Həsəni dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntüləndi – VİDEO

İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO

İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO

"iTicket" “Qarabağ”ın oyununa görə azarkeşlərdən ÜZR İSTƏDİ - FOTO

"iTicket" “Qarabağ”ın oyununa görə azarkeşlərdən ÜZR İSTƏDİ - FOTO

İtkin-şəhid Bahadur Kamalov Kəlbəcərdə dəfn edildi - FOTO

İtkin-şəhid Bahadur Kamalov Kəlbəcərdə dəfn edildi - FOTO

Niderland millisinin üzvü “Fənərbağça”da

Niderland millisinin üzvü “Fənərbağça”da

Həm dərmandır, həm də dərd: Bağ-bağatınızdakı bu bitkini yalın əllə yığmayın, TƏHLÜKƏLİDİR – FOTO

Həm dərmandır, həm də dərd: Bağ-bağatınızdakı bu bitkini yalın əllə yığmayın, TƏHLÜKƏLİDİR – FOTO

Rafinya Norveçlə oyunu da buraxacaq

Rafinya Norveçlə oyunu da buraxacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu mərkəzi yollar tamamilə BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Bu mərkəzi yollar tamamilə BAĞLANIR

“Neftçi”nin hücumçusu zədələndi

“Neftçi”nin hücumçusu zədələndi

"Türk Dünyası Həftəsi" iştirakçıları tərəfindən Xankəndi Bəyannaməsi qəbul olundu

"Türk Dünyası Həftəsi" iştirakçıları tərəfindən Xankəndi Bəyannaməsi qəbul olundu

“Qarabağ”dan növbəti transfer - FOTO

“Qarabağ”dan növbəti transfer - FOTO

Ərdoğan Meloni ilə DANIŞDI: Müdafiə sənayesində yeni addımlar atılır

Ərdoğan Meloni ilə DANIŞDI: Müdafiə sənayesində yeni addımlar atılır

Türkiyə LGBT turu təşkil edən layneri ölkəyə BURAXMADI

Türkiyə LGBT turu təşkil edən layneri ölkəyə BURAXMADI

Qalibafın müsahibəsi İran dövlət televiziyasında qalmaqala səbəb oldu - VİDEO

Qalibafın müsahibəsi İran dövlət televiziyasında qalmaqala səbəb oldu - VİDEO

Sahibə Qafarovanın Xameneinin vida mərasimində iştirakı ilə bağlı MƏLUMAT - FOTO

Sahibə Qafarovanın Xameneinin vida mərasimində iştirakı ilə bağlı MƏLUMAT - FOTO

Pərviz Yusifova yeni VƏZİFƏ VERİLDİ

Pərviz Yusifova yeni VƏZİFƏ VERİLDİ

End of content

No more pages to load

RADİO