İrəvana səfər edən nümayəndələrimiz hansı məsələləri müzakirə ediblər? – Fərhad Məmmədovdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 21-22 oktyabr tarixlərində İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında ikitərəfli dəyirmi masa keçirilib.
 

Məlumata görə, görüşdə avqustun 8-də Vaşinqtonda əldə olunan nəticələrin əsasında formalaşan sülh gündəliyi və xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirləri müzakirə olunub. Tərəflər Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı yolları və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri ilə bağlı da fikir mübadiləsi aparıblar.


Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İsgəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva təmsil edib. Erməni tərəfindən isə müzakirələrdə Areq Koninyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvanda Ermənistan və Azərbaycan nümayəndələri arasında dəyirmi masa KEÇİRİLDİ - FOTO


Görüş iştirakçılarından biri - Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov İrəvandakı müzakirələrlə bağlı fikirlərini Bizim.Media ilə bölüşdü.

O, prosesin baş tutmasına hökumətlər səviyyəsində dəstək verildiyini bildirdi:

“Bu görüş vətəndaş cəmiyyəti nümayəndələri arasında keçirilən bir görüş idi. Həmin görüşə hökumətlər səviyyəsində də dəstək verilib. O mənada ki, hər iki hökumət təşkilatçılıq baxımından prosesin baş tutmasına səy göstərib. Son 25-30 il ərzində ilk dəfə idi ki, Azərbaycan Hava Yollarına məxsus təyyarə Ermənistan paytaxtına eniş etdi". 

Politoloqun fikrincə, bu görüşün sırf ikitərəfli formatda baş verməsi mühüm addım idi:

“Burada isə hər hansısa bir üçüncü tərəf prosesin baş tutmasına nə təşkilatçılıq edib, nə təşəbbüs göstərib, nə də həmin məkanda iştirak edib. Vaşinqton görüşündə imzalanan birgə bəyanatdan sonra artıq elə bir mühit formalaşıb ki, hökumətlər qarşılıqlı addımlar atır. Müəyyən dərəcədə birgə fəaliyyət təmin olunur. Elə bir tarixi şərait formalaşıb ki, artıq vətəndaş cəmiyyəti, ekspertlər, media səviyyəsində də müəyyən dərəcədə müzakirələr və birgə fəaliyyətin təşkili aktual olub. Belə olan halda mövcud dövr qiymətləndirilərək, bu cür addım atıldı”.

Həmsöhbətimiz qeyd etdi ki, görüşdə geniş spektrli məsələlərə toxunublar:

“Müzakirələrdə iştirakçılar Ermənistan və Azərbaycan arasında sülh prosesinin perspektivləri, humanitar məsələlər, normallaşan münasibətlər şəraitində iqtisadi və logistik imkanlar, gələcək etimad quruculuğu tədbirləri də daxil olmaqla, hər iki cəmiyyəti maraqlandıran geniş spektrli məsələlərə toxunublar. Habelə qrup tərəfindən birgə fəaliyyət planlarının və perspektivlərinin işlənib hazırlanmasına xüsusi diqqət yetirilib. Tədbirin sonunda qrup qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və regionda davamlı sülhün əldə olunmasına yönəlik birgə təşəbbüsləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqlədi”.

Fərhad Məmmədov bu formatın davamlı olacağına ümid edir:

“Belə görüşlərin təşkili artıq normaya çevriləcək. Diplomatik, iqtisadi səviyyədə olduğu kimi, vətəndaş cəmiyyətinin dialoqu səviyyəsində də ikitərəfli format qorunub saxlanılacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

“Sakitliyim xəbərsizliyim deyil”

“Sakitliyim xəbərsizliyim deyil”

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Arda Güler daha 5 il "Real"da

Arda Güler daha 5 il "Real"da

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

“WhatsApp”ın işində problem YARANDI

“WhatsApp”ın işində problem YARANDI

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Atasının sözləri Güneli ağlatdı - VİDEO

Atasının sözləri Güneli ağlatdı - VİDEO

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

"Çelsi"nin kapitanı əməliyyat olundu

"Çelsi"nin kapitanı əməliyyat olundu

Ukraynanın Aİ-yə üzvlüyü sürətlənir – Birgə işçi qrupu yaradıldı

Ukraynanın Aİ-yə üzvlüyü sürətlənir – Birgə işçi qrupu yaradıldı

End of content

No more pages to load

RADİO