“Mən hadisələri kənardan sakit və həlim baxışlarla izləməyi sevirəm. Çünki bilirəm, zaman ən gözəl cavabı verən, həqiqəti ən səssiz şəkildə üzə çıxaran hakimdir".
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş sosial şəbəkədəki paylaşımında yazıb.
O, bəzi həqiqətlərin zamanla üzə çıxdığını bildirib:
"Hər gördüyümə münasibət bildirməyi, hər eşitdiyimə cavab verməyi özümə borc bilmirəm.
Mənim sakitliyim xəbərsizliyim deyil, sadəcə, hər həqiqətin öz vaxtı olduğuna inamımdır". (axsam.az)
Bizim.Media