Toy günü gəlinin ata-anası ölmüşdü - Kürəkən cəzalandırıldı

Biləsuvarda 4 nəfərin ölümünə səbəb olan yol qəzasını törətməkdə təqsirləndirilən 30 yaşlı Xəyyam Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə ötən il dekabrın 28-i saat 08:38 radələrində rayonun Arazbarı kəndi ərazisində baş verib.

Həmin gün Cəbrayılın Cocuq Mərcanlı kəndində Xəyyamın baldızının toyu keçirilməli imiş.

O, həyat yoldaşı, övladları, qayınanası və qayınatası ilə birgə sübh saatlarında Bakıdan rayona yola çıxıb. Lakin yorğun və yuxulu olduğundan onun idarə etdiyi “Opel” markalı avtomobil Biləsuvarda E.Kərimlinin sürdüyü “VAZ”la toqquşub. Nəticədə özü, arvadı Gözəl, oğlu Hüseyn və qızı Məlahət xəsarət alıblar. Qayınanası Şöhlət hadisə yerində, qayınatası Tofiq isə aldığı xəsarətlərdən bir neçə gün sonra xəstəxanada vəfat edib. Digər maşındakı şəxslərdən Məryəmxanım Kərimova və İlqar Kərimov da hadisə yerində ölüblər, bir nəfər isə yaralanıb.


Qəza səbəbindən isə toy xeyli müddət sonraya təxirə salınıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Xəyyam bildirib ki, baş vermiş hadisə həyatını alt-üst edib:

“Yol-nəqliyyat qəzasında özüm də qayınatam və qayınanam daxil olmaqla yaxın qohumlarımı itirmişəm. Baldızımın toyunu yasa çevirdiyim üçün qohum-əqrəba arasına çıxa bilmirəm. Qarşı tərəfdən də rəhmətə gedənlər olub.

Qəzanın ehtiyatsızlıqdan baş verdiyini, əməlimdən səmimi peşmanlığımı, zərərçəkmişlərə dəymiş ziyanı həm onların müalicə olunmaları, həm dəfn xərcləri ilə bağlı ödəməyimi, bununla əlaqədar borca düşdüyümü, işləyib qaytarmalı olduğumu, bundan başqa, himayəmdə iki azyaşlı uşağımın olmasını nəzərə almağınızı xahiş edirəm.

Uşaqlarım da hadisədə xəsarət aldı, onkoloji xəstəlikdən əziyyət çəkən arvadım da mənim himayəmdədir.

Ailənin yeganə gəlir gətirən fərdi olmağım nəzərə alınmaqla yekun qərarda işləməyimə şərait yaradılması üçün azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edirəm”.

Xəyyam Quluzadə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrumetmə və əlavə olaraq 4 il sürücülük hüququnun məhdudlaşdırılması cəzasına məhkum edilib. O, müəyyən şərtlər daxilində məntəqətipli cəzaçəkmə müəssisəsini tərk edə biləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda faciəvi şəkildə həlak olan ailənin FOTOSU

Ağdamda faciəvi şəkildə həlak olan ailənin FOTOSU

Xameneinin dəfnində sirli boşluq: Müctəba haradadır?

Xameneinin dəfnində sirli boşluq: Müctəba haradadır?

Zəngilanda bir nəfər çayda boğuldu

Zəngilanda bir nəfər çayda boğuldu

Milyarderin keçmiş xanımından Türkiyə paylaşımı: Gecəsi 1 milyona villada qalır - FOTO

Milyarderin keçmiş xanımından Türkiyə paylaşımı: Gecəsi 1 milyona villada qalır - FOTO

Fransada Ebolaya yoluxan xəstə SAĞALDI

Fransada Ebolaya yoluxan xəstə SAĞALDI

Peskov: “Həbri əməliyyat davam edəcək”

Peskov: “Həbri əməliyyat davam edəcək”

Azərbaycanda daşınmaz əmlak BAHALAŞIR

Azərbaycanda daşınmaz əmlak BAHALAŞIR

Sonaxanım 47 kq arıqlayıb belə oldu – VİDEO

Sonaxanım 47 kq arıqlayıb belə oldu – VİDEO

Avropada ən ucuz qiymətə istirahət edə biləcəyiniz yerlər

Avropada ən ucuz qiymətə istirahət edə biləcəyiniz yerlər

“Arsenal”dan “Beşiktaşa keçir

“Arsenal”dan “Beşiktaşa keçir

Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı

Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı

MİQ-də iştirak üçün ödəniş qaydası AÇIQLANDI

MİQ-də iştirak üçün ödəniş qaydası AÇIQLANDI

Ağdamdakı faciənin acı TƏFƏRRÜATI: Batan şəxs şəhid övladıdır

Ağdamdakı faciənin acı TƏFƏRRÜATI: Batan şəxs şəhid övladıdır

FİFA oyunların vaxtını dəyişmədi

FİFA oyunların vaxtını dəyişmədi

İsmayıllıdakı ölümcül qəzada sağ qalan şəxslə bağlı AÇIQLAMA

İsmayıllıdakı ölümcül qəzada sağ qalan şəxslə bağlı AÇIQLAMA

İsmayıllıda ağır qəzada ölənlərin FOTOSU

İsmayıllıda ağır qəzada ölənlərin FOTOSU

Lənkəranda açıq sahədə güclü yanğın başladı - FOTO

Lənkəranda açıq sahədə güclü yanğın başladı - FOTO

İki qardaş ölkənin birgə hərbi təlimi keçirildi - FOTO

İki qardaş ölkənin birgə hərbi təlimi keçirildi - FOTO

Pezeşkian Xameneiyə şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”

Pezeşkian Xameneiyə şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”

"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"

"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"

Çində bu gündən yanacaq kəskin UCUZLAŞIR

Çində bu gündən yanacaq kəskin UCUZLAŞIR

İraqda bütün silahlar dövlət nəzarətinə keçəcək

İraqda bütün silahlar dövlət nəzarətinə keçəcək

ABŞ - İran danışıqları yenidən başlayır – TARİX AÇIQLANDI

ABŞ - İran danışıqları yenidən başlayır – TARİX AÇIQLANDI

“İmişli” braziliyalı legioneri göndərdi

“İmişli” braziliyalı legioneri göndərdi

End of content

No more pages to load

RADİO