Taksi sürücüləri imtahan verəcək – BU TARİXDƏ

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün noyabrın 13-də növbəti imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün DİM-ə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub. Həmin şəxslər 17 oktyabr saat 12:00-dan 31 oktyabr saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

İmtahan vermək istəyən sürücülər DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
 

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.


Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.

İmtahan bir saat davam edəcək. İştirakçılara sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək.

Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara yeddi il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

Ağdamda faciəvi şəkildə həlak olan ailənin FOTOSU

Ağdamda faciəvi şəkildə həlak olan ailənin FOTOSU

Xameneinin dəfnində sirli boşluq: Müctəba haradadır?

Xameneinin dəfnində sirli boşluq: Müctəba haradadır?

Zəngilanda bir nəfər çayda boğuldu

Zəngilanda bir nəfər çayda boğuldu

Milyarderin keçmiş xanımından Türkiyə paylaşımı: Gecəsi 1 milyona villada qalır - FOTO

Milyarderin keçmiş xanımından Türkiyə paylaşımı: Gecəsi 1 milyona villada qalır - FOTO

Fransada Ebolaya yoluxan xəstə SAĞALDI

Fransada Ebolaya yoluxan xəstə SAĞALDI

Peskov: “Həbri əməliyyat davam edəcək”

Peskov: “Həbri əməliyyat davam edəcək”

Azərbaycanda daşınmaz əmlak BAHALAŞIR

Azərbaycanda daşınmaz əmlak BAHALAŞIR

Sonaxanım 47 kq arıqlayıb belə oldu – VİDEO

Sonaxanım 47 kq arıqlayıb belə oldu – VİDEO

Avropada ən ucuz qiymətə istirahət edə biləcəyiniz yerlər

Avropada ən ucuz qiymətə istirahət edə biləcəyiniz yerlər

“Arsenal”dan “Beşiktaşa keçir

“Arsenal”dan “Beşiktaşa keçir

Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı

Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı

MİQ-də iştirak üçün ödəniş qaydası AÇIQLANDI

MİQ-də iştirak üçün ödəniş qaydası AÇIQLANDI

Ağdamdakı faciənin acı TƏFƏRRÜATI: Batan şəxs şəhid övladıdır

Ağdamdakı faciənin acı TƏFƏRRÜATI: Batan şəxs şəhid övladıdır

FİFA oyunların vaxtını dəyişmədi

FİFA oyunların vaxtını dəyişmədi

İsmayıllıdakı ölümcül qəzada sağ qalan şəxslə bağlı AÇIQLAMA

İsmayıllıdakı ölümcül qəzada sağ qalan şəxslə bağlı AÇIQLAMA

İsmayıllıda ağır qəzada ölənlərin FOTOSU

İsmayıllıda ağır qəzada ölənlərin FOTOSU

Lənkəranda açıq sahədə güclü yanğın başladı - FOTO

Lənkəranda açıq sahədə güclü yanğın başladı - FOTO

İki qardaş ölkənin birgə hərbi təlimi keçirildi - FOTO

İki qardaş ölkənin birgə hərbi təlimi keçirildi - FOTO

Pezeşkian Xameneiyə şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”

Pezeşkian Xameneiyə şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”

"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"

"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"

Çində bu gündən yanacaq kəskin UCUZLAŞIR

Çində bu gündən yanacaq kəskin UCUZLAŞIR

İraqda bütün silahlar dövlət nəzarətinə keçəcək

İraqda bütün silahlar dövlət nəzarətinə keçəcək

ABŞ - İran danışıqları yenidən başlayır – TARİX AÇIQLANDI

ABŞ - İran danışıqları yenidən başlayır – TARİX AÇIQLANDI

End of content

No more pages to load

RADİO