Səudiyyə Ərəbistanında 34 yaşlı qadın 10 uşaq dünyaya gətirib.
Bizim.Media xəbər verir ki, bu barədə yerli “Saudi Gazette” nəşri məlumat yayıb.
Doğuş yanvarın 12-də Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Təbuk şəhərində yerləşən Kral Salman adına xəstəxanada baş verib.
Qadın bir neçə həftə ərzində adıçəkilən tibb müəssisəsinin mamalıq və ginekologiya şöbəsində ciddi nəzarəti altında olub.
Yeni doğulmuş 10 körpənin hər birinin çəkisi 950-1100 qram arasındadır. Onların hamısının tam sağlam olduğu bildirilir.
Bizim.Media