İctimai yerlərdə sizə yaxınlaşan bu şəxslərə diqqət — Bakıda "müasir" dələduzluq növü

İctimai yerlərdə vətəndaşları gözləyən yeni təhlükə artıq pulqabı oğruları deyil, səs və üz cizgilərini hədəf alan texnoloji dələduzlardır. İzdihamlı məkanlarda köməyə ehtiyacı olduğunu deyən naməlum şəxslər əslində sizin rəqəmsal kimliyinizi ələ keçirməyə çalışırlar. 

Ticarət mərkəzləri, metro stansiyaları və bazarlar kimi insanların sıx olduğu yerlərdə dələduzlar müxtəlif bəhanələrlə vətəndaşlara yaxınlaşırlar. Kimisi telefonunun sındığını deyib təcili zəng etmək, kimisi isə videoçəkiliş üçün kömək istəyir. İlk baxışda adi xeyirxahlıq kimi görünən bu addım əslində gələcəkdə qarşısıalınmaz fəsadlara yol aça bilər. 

Süni intellektin imkanları sayəsində əldə edilən bir neçə saniyəlik səs yazısı və ya üz görüntüsü bank hesablarına girişdən tutmuş, yaxınlarınızın adından saxta zənglərin edilməsinə qədər geniş imkanlar yaradır.

Bizim.Media xəbər verir ki, informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, son dövrlərdə ictimai yerlərdə yeni tip dələduzluq üsullarının yayıldığı müşahidə olunur:

“Bu üsulların məqsədi birbaşa maddi vəsait əldə etmək deyil, insanların biometrik məlumatlarını, yəni üz görüntüsü, səs və digər identifikasiya göstəricilərini toplamaqdır. Həmin məlumatlar sonradan süni intellekt texnologiyaları vasitəsilə saxta identifikasiya sistemlərinin hazırlanmasında istifadə oluna bilər. Bu təhlükənin reallıq dərəcəsi ilə bağlı qeyd etmək lazımdır ki, risk mövcuddur, lakin tək bir şəkil və ya qısa video adətən ciddi nəticə yaratmaq üçün kifayət etmir. 

Risk daha çox o zaman artır ki, yüksək keyfiyyətli video və səs yazıları əldə olunur, şəxs müxtəlif bucaqlardan qeydə alınır və toplanmış məlumatlar sosial şəbəkələrdəki digər şəxsi informasiyalarla birləşdirilir. “Rəqəmsal klon” adlandırılan proses süni intellekt vasitəsilə həyata keçirilir. Bu zaman üz görüntüsündən realistik model hazırlanır, səs yazıları əsasında həmin şəxsin səsi təqlid olunur və nəticədə bu məlumatlar birləşdirilərək saxta video və ya səs materialları yaradılır”.

Ekspertin sözlərinə görə, bu cür "rəqəmsal klonlar" fərdin xəbəri olmadan onun adından qərarlar verilməsinə və ya cinayət xarakterli əməllərin törədilməsinə zəmin hazırlayır. 

Xüsusilə bankların üz tanıma sistemləri və səsli əmrlərlə işləyən tətbiqləri bu növ hücumların əsas hədəfidir. Naməlum şəxslərin "telefonum sönüb, ailəmə bircə kəlmə söz deyin" və ya "anket üçün videoya çəkilin" kimi xahişləri arxasında böyük bir kiber cinayət şəbəkəsi dayana bilər.

O bildirib ki, belə texnologiyalar əsasən bank və identifikasiya sistemlərini aldatmaq, eləcə də saxta zəng və mesajlar vasitəsilə insanları inandırmaq məqsədilə istifadə oluna bilər:

“Bu tip risklərdən qorunmaq üçün tanımadığınız şəxslərə video və ya səs yazısı verməmək, biometrik giriş sistemlərində əlavə təhlükəsizlik tədbirlərindən (OTP, PIN, çoxfaktorlu identifikasiya) istifadə etmək, sosial şəbəkələrdə şəxsi video və səs materiallarını məhdud şəkildə paylaşmaq və şübhəli zəng və mesajları alternativ kanallarla yoxlamaq tövsiyə olunur. 

Ümumilikdə, bu cür hücumlar realıdır və texnologiyanın inkişafı ilə daha da aktuallaşır. Əsas təhlükə biometrik məlumatların uzunmüddətli və sistemli şəkildə toplanması ilə yaranır. Sadə təhlükəsizlik qaydalarına əməl etməklə isə bu riskləri minimuma endirmək mümkündür”.

Ekspert xəbərdarlıq edir ki, texnoloji inkişaf cinayətkarların da işini asanlaşdırır. 

Küçədə qarşılaşdığınız və ilk baxışda zərərli görünməyən hər hansı bir sorğu və ya yardım istəyi sizin bütün həyatınızı alt-üst edə bilər. Bu səbəbdən fərdi məlumatların qorunması məsələsində maksimum ehtiyatlı olmaq lazımdır.

Qısası, küçədə tanımadığınız birinin xahişi ilə kameraya danışmaq və ya səs yazısı göndərmək sizin üz və səs cizgilərinizin oğurlanmasına, nəticədə bank hesablarınızın boşaldılmasına və ya adınıza saxta videoların düzəldilməsinə səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

End of content

No more pages to load

RADİO