Çexiyada qəsdən koronavirusa yoluxan “Asonance” folklor qrupunun vokalisti Qana Qorka xəstəlikdən sonra ictimai yerlərə gedə bilmək üçün dünyasını dəyişib.
Bizim.Media “BBC”ə istinadla xəbər verir ki, 57 yaşlı müğənninin oğlunun verdiyi məlumata görə, anası koronavirusdan sağalsa da, iki gün sonra dünyasını dəyişib.
Müğənninin oğlu Jan Rek bildirib ki, onda və atasında infeksiya aşkarlananda anası xüsusi olaraq koronavirusa yoluxub.
“Anam virusa yoluxmaq istəyirdi ki, sağaldıqdan sonra heç bir şey onun hərəkətini məhdudlaşdırmasın”, - müğənninin oğlu bildirib.
Jan Rek vurğulayır ki, anası peyvənd olunmasa da, o, virusun mənşəyi və ya peyvəndlər haqqında heç bir sui-qəsd nəzəriyyəsinə inanmayıb.
“O, peyvənddən daha çox yoluxmağa üstünlük verdi. O, heç bir mikroçip və ya buna bənzər iddialara inanmırdı”, - deyə Jan Rek bildirib.
Bizim.Media