“Elə seçki heç kimə lazım deyil” – Razi Nurullayevdən SƏRT TƏNQİD

“Bələdiyyələri ləğv etmək mümkün deyil. Çünki yerli özünüidarəetmə institutları bütün dünyada fəaliyyət göstərir. Lakin Azərbaycanda bələdiyyələr kağız üzərindədir. Fəaliyyətləri isə sıfırdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Bizim.Media-ya açıqlamasında deyib.

Belə ki, yanvarın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan Qarabağda bələdiyyələrin yaradılması mövzusu ilə bağlı fikirlərini bölüşən millət vəkili mövzu ilə bağlı tənqidlər yağdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

2022-ci ildə Ermənistanla SÜLH MÜQAVİLƏSİ imzalansa… - Razi Nurullayevdən PROQNOZ


Razi Nurullayev ilk növbədə bələdiyyələrin fəaliyyətsizliyinin səbəblərini bu cür izah edib:

“Çünki onların qazancı yoxdur. Bələdiyyələrin qazanclı olması üçün hüquqi müstəvi yaradılsa da, onların bunu etməyə bacarığı yoxdur. Bu bacarıqları inkişaf etdirmək üçün də hər hansı addım atılmır. Gedib bələdiyyə üçün 5-6 saatlıq kurslar keçib, təlimatlar verməklə də onların işi düzələn deyil. Demək ki, bələdiyyələrdə də bacarıqlı insanlar olmalıdır. Bələdiyyə xalqa, seçildiyi yerə məsuliyyət daşımalıdır. Amma bələdiyyələr təyinatla seçildiyinə görə, xalqın seçdiyi yox, kimlərinsə razılıq verməsi ilə seçilən adamlar olduğu üçün onlar vətəndaşlar qarşısında hesabatlı deyillər. Onlar ayrı-ayrı vəzifəli şəxslər qarşısında hesabatlıdırlar”.

Millət vəkili bələdiyyə seçkilərinin qeyri-şəffaf keçirilməsini də sərt şəkildə tənqid edib: 

“Əgər seçki keçiriləcəksə və Qarabağda da eyni vəziyyət olacaqsa, onda həmin seçkiləri keçirib özümüzü biabır etməyək. Lakin insanların seçdiyi, bacarıqlı insanlar bələdiyyələrdə təmsil olunacaqsa, bu olmalıdır. Əvvəlki ənənədə olduğu kimi, icra hakimləri və onların müavinləri, ayrı-ayrı adamlar, Bakıdan gələn göstərişlər, hörmətli siyasətçilər öz adamlarını ora soxuşduracaqsa, hər kəs özü üçün “banda” düzəldəcəksə, insanların iradəsi heçə sayılacaqsa o seçkinin keçirilməsinə ehtiyac yoxdur. Həmin problemlər bələdiyyələrdə olduğu üçün, onlar özlərini doğrulda bilmirlər.

Bələdiyyəni xalq seçməlidir, heç kim də müdaxilə etməməlidir. Lakin yerli səviyyədə 60-70% yerli icra hakimləri və digərləri qərarlarını verir, insaların iradəsi isə havada qalır. Bu cür bələdiyyələr heç kimə lazım deyil”.


- Razi müəllim, zaman-zaman bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılması üçün, onlara ayrılan maliyyə vəsaitlərinin artırılması məsələsi gündəmə gətirilir. Sizcə, bu problemi qismən də olsa, həll edə bilərmi?

“Bələdiyyəyə pul ayrılmalı deyil. Məsələ burasındadır ki, icra hakimiyyətinə, müxtəlif dövlət orqanlarına pul ayrılır. Bələdiyyəyə də pul ayırılacaqsa, dövlət büdcəsindən maliyyələşən digər qurumlara nə ehtiyac var ki? İcra hakimiyyəti və bələdiyyələrə ayrı-ayrılıqda pul ayrılmalıdır? Bunun özü absurddur, biabırçılıqdır, dünyada belə bir təcrübə yoxdur. Bələdiyyə vergiləri yığmalıdır. İcra hakimiyyəti yox. İcra hakimiyyətləri Prezidentin səlahiyyətli nümayəndələri kimi qalmalıdır. Lakin bələdiyyələrin çox işini icra hakimiyyətləri yerinə yetirir. Bələdiyyələrsə icra hakimiyyətlərinin bir qoludur, onların sözündən çıxmırlar. İcra hakimiyyətləri desə, “öl-öl, qal-qaldır”. Belə bələdiyyə olur?” 

Razi Nurullayev bələdiyyələrin hansı formada fəaliyyət göstəməli olduqlarını da vurğulayıb:
 

“Belə olan halda bələdiyyə büdcədən pul tələb edəcək də. Bələdiyyə pulu özü qazanmalıdır, məktəb, xəstəxana, uşaq baxçası açmalıdır və pullu xidmət göstərməlidir.


Bələdiyyənin pullu məktəbi, xəstəxanası, uşaq baxçası olsun, getsin 100 hektarlarla ərazini əksin, meyvə bağları salsın, zavod açsın, bina tiksin. Qanunla bələdiyyələr bizneslə məşğul olub pul qazana bilər. Sadəcə olaraq, hesabatlı olmalıdır”. Dövlət icra hakimiyyətinə, bələdiyyəyə, məktəbə, baxçaya pul ayırır. Belə idarəçilik olur? Elə bələdiyyə heç kimə lazım deyil. Bələdiyyə özü-özünü dolandırmalıdır. Dövlət də buna şərait yaratmalıdır”. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna Rusiya ilə yeni ƏSİR MÜBADİLƏLƏRİNƏ hazırlaşır

Ukrayna Rusiya ilə yeni ƏSİR MÜBADİLƏLƏRİNƏ hazırlaşır

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

Putindən Trampa TƏKLİF: Qələbə Günü ATƏŞKƏSƏ hazıram

Putindən Trampa TƏKLİF: Qələbə Günü ATƏŞKƏSƏ hazıram

Xalq artisti AĞLADI: “Qızım məndən ayrılır…” - VİDEO

Xalq artisti AĞLADI: “Qızım məndən ayrılır…” - VİDEO

Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO

Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Birinci Liqa: “Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Birinci Liqa: “Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Pentaqondan Ukrayna ilə bağlı ETİRAF: onları kəşfiyyat məlumatları ilə təmin edirik

Pentaqondan Ukrayna ilə bağlı ETİRAF: onları kəşfiyyat məlumatları ilə təmin edirik

Qalibaf: Tramp İranı məhv etməyə çalışır

Qalibaf: Tramp İranı məhv etməyə çalışır

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR

Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Paytaxtda yeni xəstəxana tikiləcək

Paytaxtda yeni xəstəxana tikiləcək

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı - FOTO

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı - FOTO

55 yaşlı məşhur ana olacaq

55 yaşlı məşhur ana olacaq

FHN Oğuzda 254 şəxsi heyət və 41 texnika ilə təlim keçirdi - FOTO/VİDEO

FHN Oğuzda 254 şəxsi heyət və 41 texnika ilə təlim keçirdi - FOTO/VİDEO

Türkiyə kəşfiyyatı Xomeyni haqqında "tam məxfi" sənəd paylaşdı - FOTO

Türkiyə kəşfiyyatı Xomeyni haqqında "tam məxfi" sənəd paylaşdı - FOTO

Xalq artisti ağır durumda...

Xalq artisti ağır durumda...

Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEO

Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEO

Onun sürprizi Əməkdar artisti ağlatdı

Onun sürprizi Əməkdar artisti ağlatdı

Gecə və səhər saatlarında yola çıxacaq sürücülərin NƏZƏRİNƏ

Gecə və səhər saatlarında yola çıxacaq sürücülərin NƏZƏRİNƏ

Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO

Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO

Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır

Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır

End of content

No more pages to load

RADİO