Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın həftələrdə Ukraynaya səfər edəcək.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın yayıb.
Qeyd edək ki, Ərdoğan Rusiya və Ukrayna arasındakı fikir ayrılıqlarını həll etmək üçün Putin və Zelenskini Türkiyəyə dəvət edib.
O, əlavə edib ki, Türkiyə Ukrayna ətrafında eskalasiyanın qarşısını almaq üçün Rusiya ilə sıx təmasda olacaq.
Türkiyənin müdafiə naziri Hulusi Akar isə 2021-ci il dekabrın sonunda ölkəsinin Rusiya ilə Ukrayna arasındakı münasibətlərdəki gərginliyi izlədiyini bildirmişdi.
Bizim.Media