Mənzilləri sökülən vətəndaşların NƏZƏRİNƏ: Bu qədər kompensasiya verilə bilər...

Paytaxtda aparılan söküntü və yenidənqurma işləri minlərlə vətəndaşın həyatına birbaşa təsir edir. Xüsusilə, kiçik sahəli mənzillərdə yaşayanlar üçün ayrılan kompensasiya məbləğinin bazar qiymətlərinə uyğun olmaması ciddi narazılıq doğurur. Artan daşınmaz əmlak qiymətləri fonunda bu vəsaitlə yeni mənzil əldə etmək bir çox hallarda mümkünsüz görünür.

Bəs kiçik sahəli evlər üçün kompensasiya məbləği artırıla bilərmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, “Bakı şəhərinin Baş planı 2040” layihəsinə uyğun olaraq istismar müddəti bitmiş və qəzalı binalar sökülür, onların yerində yeni tikililər inşa edilir və ya ərazilərdə abadlıq işləri aparılır.

Onun sözlərinə görə, bu zaman mülkiyyətindən imtina edən vətəndaşlara kompensasiya ödənilir:

“Əgər sökülən ərazidə çoxmərtəbəli bina tikilmirsə, vətəndaşa verilən kompensasiya yeni mənzil alması üçün nəzərdə tutulur. Yox, əgər həmin ərazidə yeni bina inşa olunursa, bu halda vətəndaşlara müvəqqəti kirayə xərclərini qarşılamaq üçün ödəniş olunur ki, tikinti başa çatana qədər yaxın ərazilərdə yaşaya bilsinlər”.

Ekspert qeyd edib ki, əsas problemlərdən biri məhz kiçik sahəli mənzillərə görə verilən kompensasiyanın yetərsiz olmasıdır:
 

“Az sahəsi olan mənzillərin sahibləri verilən məbləğlə yeni mənzil əldə etməkdə çətinlik çəkirlər. Çünki daşınmaz əmlak bazarında qiymətlər davamlı olaraq artır və bu, kompensasiyanın alıcılıq qabiliyyətini aşağı salır”.

Vüqar Oruc vurğulayıb ki, problemin həlli üçün müxtəlif təkliflər irəli sürülür:

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq təklif etmişik ki, kompensasiya yalnız sahəyə görə deyil, otaq sayına görə də hesablansın. Məsələn, vətəndaşın əvvəlki mənzili 2 otaqlıdırsa, ona yeni tikilidə də 2 otaqlı mənzil əldə edə biləcək səviyyədə kompensasiya verilməlidir. Bu zaman sahə deyil, funksional yaşayış şəraiti əsas götürülə bilər. Həmçinin müəyyən əmsallar tətbiq olunmaqla vətəndaşın bazar qiymətlərinə uyğun mənzil əldə etməsinə şərait yaradılmalıdır”.

Ekspert əlavə edib ki, vətəndaşlar aşağı məbləğlə çətin vəziyyətdə qoyulmamalıdır:

“Bütün hallarda vətəndaş taleyin ümidinə buraxıla bilməz. Dövlət hər zaman vətəndaşın yanında olub. Əvvəllər sənədsiz evlərə kompensasiya verilməsə də, son təbii fəlakətlərdən sonra dövlət tərəfindən bu istiqamətdə mühüm addımlar atılıb.

Cənab Prezidentin sərəncamından sonra Nazirlər Kabineti tərəfindən müvafiq mexanizmlər işlənib hazırlandı və nəticədə həmin vətəndaşlara da kompensasiya ödənildi.

Mövcud şəraitdə kiçik sahəli mənzillərin kompensasiya məbləğinə yenidən baxılması zəruridir. Bu istiqamətdə yeni yanaşmalar tətbiq olunarsa, vətəndaşlar bazar qiymətlərinə uyğun şəkildə mənzillə təmin edilə bilərlər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

End of content

No more pages to load

RADİO