Xarici İşlər Nazirliyindən fransalı nazirə cavab: "Azərbaycan lazımı addımları atacaq"

"Təəssüflə qeyd etmək istərdik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu ilin 18 yanvar tarixində bu ölkənin Milli Assambleyasında diplomata yaraşmayan bir tərzdə açıqlama edilib.

Belə ki, təxribatçı məqsədlərlə Azərbaycan Respublikası Prezidentini təhqir etməyə cəhd göstərən Milli Assambleyanın Respublikaçılar partiyasından olan üzvü Erik Siottiyə sərt cavab verilməli və ona həddi bildirilməli idi.

Nazir Lö Drian Azərbaycan Respublikası Prezidentinin Valeri Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirib".

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirlyinin mətbuat xidmətini rəhbəri Leyla Abdullayeva Fransa xarici işlər nazirinin bu ölkənin Milli Assambleyasında söylədikləri ilə bağlı şərhində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Fransadakı səfirliyimiz açıqlama yaydı - Valeri Pekresin iddialarına SƏRT CAVAB


XİN rəsmisi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidentinin Valeri Pekresin Azərbaycana qanunsuz səfəri ilə əlaqədar açıqlaması tam məntiqi əsaslı və düzgündür:

"Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsi diplomatik ənənələrlə ziddiyyət təşkil edir. Təəssüflə qeyd edirik ki, Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri bunu anlamır.

Prezident İlham Əlyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlaması tam qanunidir; bu, Azərbaycan qanunlarını pozan şəxslərə qarşı tam adekvat bir cavabdır.

Pekresin Fransa prezidentliyinə namizədlik statusu ona Azərbaycan qanunlarından üstün olmaq imtiyazı verə bilməz. O da digər hər hansı bir xarici vətəndaş kimi qəbul edilməlidir. Xatırladırıq ki, xarici vətəndaşlar Azərbaycan ərazisinə qanunsuz səfər etdikdə onlara münasibətdə ya inzibati, ya da ölkənin Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq ölçü götürülür.

Əgər Azərbaycan Respublikası vətəndaşı Fransa qanunlarını pozsaydı və Fransa ərazisinə qanunsuz daxil olsaydı ona münasibətdə də adekvat ölçü götürülərdi.

Eyni zamanda bildirmək istərdik ki, Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kimə sirr deyil. Fransa Milli Assambleyasının hər iki palatasının hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlı Qarbağ Respublikasını” tanımağa çağıran sənədlər qəbul edib.

Qeyd etmək istərdik ki, 15 dekabr 2021-ci il tarixində Fransa Prezidentinin təşəbüsü ilə Prezident Makron və Prezident İlham Əliyev arasında keçirilmiş görüş zamanı qarşı tərəfin verdiyi ismarışlar bu ölkənin xarici işlər naziri Lö Drianın açıqlaması ilə ziddiyyət təşkil edir və Azərbaycan-Fransa münasibətlərinin normallaşmasına xidmət etmir.

Eyni zamanda vurğulamaq istərdik ki, istər Fransa, istərsə də digər dövlətlərin nümayəndəsi bir daha Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə qanunsuz səfər edərsə, Azərbaycan öz Konstitusiyası və müvafiq qanunvericiliyi çərçivəsində lazımı addımları atacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna Rusiya ilə yeni ƏSİR MÜBADİLƏLƏRİNƏ hazırlaşır

Ukrayna Rusiya ilə yeni ƏSİR MÜBADİLƏLƏRİNƏ hazırlaşır

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

Putindən Trampa TƏKLİF: Qələbə Günü ATƏŞKƏSƏ hazıram

Putindən Trampa TƏKLİF: Qələbə Günü ATƏŞKƏSƏ hazıram

Xalq artisti AĞLADI: “Qızım məndən ayrılır…” - VİDEO

Xalq artisti AĞLADI: “Qızım məndən ayrılır…” - VİDEO

Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO

Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Birinci Liqa: “Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Birinci Liqa: “Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Pentaqondan Ukrayna ilə bağlı ETİRAF: onları kəşfiyyat məlumatları ilə təmin edirik

Pentaqondan Ukrayna ilə bağlı ETİRAF: onları kəşfiyyat məlumatları ilə təmin edirik

Qalibaf: Tramp İranı məhv etməyə çalışır

Qalibaf: Tramp İranı məhv etməyə çalışır

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR

Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Paytaxtda yeni xəstəxana tikiləcək

Paytaxtda yeni xəstəxana tikiləcək

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı - FOTO

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı - FOTO

55 yaşlı məşhur ana olacaq

55 yaşlı məşhur ana olacaq

FHN Oğuzda 254 şəxsi heyət və 41 texnika ilə təlim keçirdi - FOTO/VİDEO

FHN Oğuzda 254 şəxsi heyət və 41 texnika ilə təlim keçirdi - FOTO/VİDEO

Türkiyə kəşfiyyatı Xomeyni haqqında "tam məxfi" sənəd paylaşdı - FOTO

Türkiyə kəşfiyyatı Xomeyni haqqında "tam məxfi" sənəd paylaşdı - FOTO

Xalq artisti ağır durumda...

Xalq artisti ağır durumda...

Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEO

Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEO

Onun sürprizi Əməkdar artisti ağlatdı

Onun sürprizi Əməkdar artisti ağlatdı

Gecə və səhər saatlarında yola çıxacaq sürücülərin NƏZƏRİNƏ

Gecə və səhər saatlarında yola çıxacaq sürücülərin NƏZƏRİNƏ

Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO

Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO

Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır

Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır

End of content

No more pages to load

RADİO