Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko məhkəmə iclası zamanı yuxulayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, P.Poroşenko bir dəqiqədən çox yatıb. Lakin iclasda iştirak edənlərdən heç biri, o cümlədən hakim buna əhəmiyyət verməyib.
Qeyd edək ki, o, ötən gün Polşanın paytaxtı Varşavadan Ukraynaya gəlib.
Prokurorluğun vəsatəti əsasında dövlətə xəyanət işi üzrə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclası keçirilib.
Bizim.Media