Türkiyəyə yollanan “Qəbələ” Antalya şəhərində məşqlərə başlayıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, komanda qonşu ölkədəki hazırlıq prosesinin ilk günündə bir məşqlə kifayətlənib.
Hazırlıq prosesi günün ikinci yarısında baş tutub. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.
Zədədən sonra bərpa prosesi keçən Rüfət Əhmədov komandadan ayrı fərdi məşqlə kifayətlənib.
Bizim.Media