Türkiyəli məşhur cütlük - aktrisa Demet Özdemir və aktyor Oğuzhan Koç ayrılmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bir müddətdir münasibətlərində problem yaranan cütlük bayramdan sonra münasibətə son qoyub.
Demet Koçla olan bütün şəkillərini silib. Onun ardınca Oğuzhan birlikdə çəkdirdikləri fotoları sosial media hesabından götürüb.
Bir-birlərini izləməyə davam edən cütlüyün yaxınlarına “Bu dəfə bitdi, geriyə dönüş yoxdur”,- dediyi iddia olunur.
Bizim.Media