Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai (Nəvai Bəkirov) Moskvanın Zubovski bulvarında idarə etdiyi "Ferrari" markalı avtomobillə qəzaya düşüb.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, Nəvai qəza zamanı xəsarət almayıb.
O, qəzada sonra tanınmamaq üçün paltarını dəyişərək dostlarının müşayiəti ilə hadisə yerindən uzaqlaşıb.
Yol-nəqliyyat hadisəsi zamanı qiyməti 35 milyon rubl olan “Ferrari 488 Pista” markalı avtomobilə ciddi ziyan dəyib.
Qəzanın səbəbləri ilə bağlı hələlik məlumat yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media