Əfqanıstanın Tacikistanla sərhəd bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Bədəxşan vilayətinin İşkaşim şəhərindən təqribən 13 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 103 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Bizim.Media