Keçmiş prezident Nursultan Nazarbayev hazırda Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindədir.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, N.Nazarbayev Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə daimi təmasdadır, həmçinin “dost ölkələrin liderləri ilə bir neçə telefon danışığı aparıb”.
"O, vəziyyəti daim izləyir", - səfir əlavə edib.
Bizim.Media