Gürcüstanın “3+3”dən imtina səbəbləri Rusiya deyil? – Detallar haqqında ÖZƏL SÖHBƏT

Yanvarın 6-da Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov “3+3” platforması çərçivəsində növbəti görüşlə bağlı razılığa gəliblər. Mövzunu şərh edən millət vəkili Elşad Mirbəşiroğlu sözügedən platformanın Azərbaycanla yanaşı, Türkiyə və Rusiya tərəfindən də dəstəkləndiyini xatırladıb. Həm də “3+3” Azərbaycanla Türkiyənin birgə təşəbüsüdür.

Əməkdaşlıq platforması Cənubi Qafqazda təhlükəsizlik tədbirlərinin etibarlı görünməsini şərtləndirməkdədir:

“Bu baxımdan, Rusiya da özünün cənub sərhədlərində etibarlı təhlükəsizlik sisteminin olmasında maraqlıdır. Ən sınanmış yol isə əməkdaşlığın qurulmasıdır. Türkiyə və Rusiya arasında bu istiqamətdə aparılan intensiv müzakirələr ona dəlalət edir ki, “3+3” əməkdaşlıq platforması bütövlükdə region ölkələrinin maraqlarına cavab verir. Təbii ki, bəzi region ölkələrinin fərqli maraqları da ola bilər”.

Bizim.Media ilə eksklüziv müsahibə zamanı deputat bildirib ki, “3+3” platformasına görə, bölgə dövlətlərindən hansısa hazırda mövcud olan müəyyən imkanlarından məhrum olmasından ehtiyatlana bilər. Bu mənada Gürcüstanın adını çəkmək olar. 

⦁ Elə əsas sualımız da Gürcüstan aiddir...

“Düşünürəm ki, Gürcüstanın fərqli mövqeyini şərtləndirən əsas amil hazırda malik olduğu tranzit üstünlüklərinin bir hissəsindən məhrum olması ilə bağlıdır. Çünki hazırda Türkiyə-Azərbaycan əlaqələrinin qurulmasında, Rusiya-Ermənistan arasında kommunikasiyanın təmin olunmasında Gürcüstanın aparıcı rolu var. Tbilisi bu imkanları əlində tam saxlamaqda maraqlıdır. Bu da başa düşüləndir. Çünki tranzit imkanları əlavə siyasi güc və iqtisadi gəlir verir. Gürcüstan iqtisadiyyatında isə tranzit imkanları təsirli rol oynamaqdadır.
 

Amma düşünürəm ki, Gürcüstan fərqli bucaqdan da baxıb bu platformanı dəstəkləyə bilər və dəstəkləyəcək. Yəni, “3+3” Gürcüstanın iqtisadi imkanlarını genişləndirəcək”. 


⦁ Sözügedən formatda Türkiyədə baş tutan görüşə Gürcüstanın da qatılacağı proqnozlaşdırılsa da, bu baş vermədi. Amma siz yenə də Tbilisinin “3+3”ü dəstəkləyəcəyini deyirsiniz. 

“Bəzi siyasi məsələlərə rəğmən Gürcüstan “altılıq” platformasına qoşulacaq. Sadəcə olaraq, Gürcüstan bugünkü mövqeyini fərqli tərzdə izah edir.

Yəni səbəbləri birbaşa iqtisadi maraqlarla əlaqələndirmir. Lakin “3+3” vacib platformadır. Bunu dəstəkləyənlər kifayət qədər təsirli ölkələrdir. Gürcüstan Rusiya ilə əməkdaşlığa çox böyük önəm verir. Həmçinin, Prezident İlham Əliyevin yaxından iştirakı və təşəbbüsləri ilə Azərbaycan, Türkiyə, Gürcüstan arasında əməkdaşlığın xarakteri əhəmiyyətli dərəcədə yeni, pozitiv elementlər alıb. Bu baxımdan, Gürcüstan Türkiyənin də mövqeyinə hörmətlə yanaşacaq.
 

Çünki Ankara və Tbilisi arasında kifayət qədər sıx iqtisadi əlaqələr mövcuddur. Elə bu münasibətlərdən çıxış edərək Gürcüstan “3+3” platformasının gerçəkləşməsində öz mövqeyinə yenidən baxmalı olacaq”. 


⦁ Ötənlərdə Nino Burcanadzedən müsahibə alarkən Gürcüstanın eks spikeri də bildirdi ki, Tbilisi-Moskva münasibətlərinin tənzimlənməsində ən yaxşı vasitəçi Bakı ilə Ankara ola bilər. Hazırkı vəziyyətdə Gürcüstanın “3+3”dəki iştirakını gecikdirməsi ölkəyə Saakaşvilinin qayıdışı, daxili auditoriyanı, müxalifəti qıcıqlandırmamaq kimi də yozulur. 

“Məsələ burasındadır ki, “3+3” platformasının Gürcüstan üçün əhəmiyyətini ən azından cəmiyyətə izah etməyə cəhd lazımdır.

Əməkdaşlıq platformasının üstün cəhətləri əhaliyə düzgün izah olunarsa, fərqli düşüncəyə malik düşərgənin hakimiyyətə qarşı iddia və iradları qalmayacaq. Bu, Gürcüstan üçün ümumilli əhəmiyyət kəsb edəcək. Amma Gürcüstanın indiki yanaşması əlindən çıxa biləcək tranzit imkanları üzərindədir”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Məhərrəmlik bu tarixdə bitir

Məhərrəmlik bu tarixdə bitir

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Fransada meşə yanğınları antirekord qırır

Fransada meşə yanğınları antirekord qırır

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

İtkin düşən 7 nəfər tapıldı

İtkin düşən 7 nəfər tapıldı

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

“ChatGPT”nin işində pozuntu yarandı

“ChatGPT”nin işində pozuntu yarandı

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Bu ölkədə Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

Bu ölkədə Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

Şəmkirdə 12 yaşlı bacısını bıçaqlayan qızın FOTOSU

Şəmkirdə 12 yaşlı bacısını bıçaqlayan qızın FOTOSU

End of content

No more pages to load

RADİO