Azərbaycan Cüdo Federasiyasının iclası keçirilib.
Bizim.Media xəbər verir ki, toplantı zamanı cüdo üzrə Azərbaycan milli komandalarının yeni məşqçilər heyəti təsdiqlənib.
Gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin İsmayılov böyüklərdən ibarət komandanın böyük məşqçisi təyin edilib.
Həmçinin Mehman Əzizov baş məşqçi Mövlud Mirəliyevin köməkçisi vəzifəsinə gətirilib. Gənclərdən ibarət yığmanın məşqisi Zaur Babayev də işini əsas millidə davam etdirəcək.
Qadınlardan ibarət yığma Rəşad Məmmədova tapşırılıb. İmamverdi Məmmədov onun köməkçisi təyin olunub.
Bizim.Media